Prezident İlham Əliyev

İlham Əliyev yaşayış binasının təməlqoyma mərasimində iştirak edib

79
(Yenilənib 19:57 24.12.2017)
Prezident İlham Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub

BAKI, 24 dekabr — Sputnik. İlham Əliyev MİDA-nın Hövsan yaşayış kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan yaşayış kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlətimizin başçısına layihə barədə məlumat verib. Prezident İlham Əliyev yaşayış kompleksində inşa ediləcək ilk binanın təməlini qoyub.

Sonda xatirə şəkli çəkdirilib.

79
Teqlər:
təməlqoyma, Hövsan yaşayış kompleksi, Samir Nuriyev, Mənzil İnşaatı Dövlət Agentliyi, İlham Əliyev
Əlaqədar
Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür
Prezident İlham Əliyev yeni sərəncam imzaladı
İlham Əliyevdən sərt münasibət: "Bu təhlükəli və xəstə məntiqdir"
Prezident İlham Əliyev bir sıra mühüm görüşlər keçirib
İlham Əliyev xarici qonaqları qəbul edib