CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda bədbəxt hadisə: 30 yaşlı kişi hovuzda boğuldu

© Sputnik / Anton Podgayko / Mediabanka keçidПловец в бассейне, фото из архива
Пловец в бассейне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
FHN əməkdaşları vətəndaşın meyitini hovuzdan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər

BAKI, 23 dekabr — Sputnik. Paytaxt sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1987-ci il təvəllüdlü İsmayılov Şakir Bakir oğlu su hovuzuna düşərək boğulub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana gələrək vətəndaşın meyitini hovuzdan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Xəbər lenti
0