Biyan kökü

Azərbaycandakı bu qiymətli bitki pul, qulluq tələb edir, amma sərvət qazandırır

7131
(Yenilənib 00:10 24.12.2017)
Kəndli bitkinin təhvil verdiyi hər kilosuna görə 60-70 manat alır

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 23 dekabr — Sputnik. Kənd təsərrüfatı dünyanın bir çox dövlətlərində iqtisadiyyatın ən iri sahəsi hesab olunur. İnsanların işlə təmin olunmasında da bu sahənin böyük payı var. Həmçinin, qazanclı sahə olması ilə yanaşı, istehsal olunan məhsulun ərsəyə gəlməsi üçün xərc də tələb edir.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, nə qədər qəribə səslənsə də, kənd təsərrüfatının elə sahəsi var ki, heç bir xərc qoymadan torpaqdan məhsul əldə etmək mümkündür. Belə ki, kəndli biyan bitkisini heç bir qulluq göstərmədən yetişdirə və gəlir götürə bilər. Qarabağ bölgəsində, əsasən Ağcabədi, Bərdə, Beyləqan rayonlarında bu bitkiyə rast gəlinir.

Biyan bitkisinin kökünü yığaraq toplama məntəqəsinə təhvil verənlərdən biri də Ağcabədi sakini Suğra Quliyevadır. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan torpaq sahibi deyir ki, keyfiyyətli biyan əsasən dəmyə becərilən torpaqlarda yetişir.

Ağcabədidə biyan kökü toplanması
© Sputnik / Ramil Ibrahimov
Ağcabədidə biyan kökü toplanması

"Əhali öz sahəsində yetişən biyanın kökünü yığıb toplama məntəqələrinə təhvil verir. Biz dədə-babadan bu işlə məşğuluq. Təhvil verilən məhsulun hər kq-a görə təqribən 60-70 manat pul ödənir. Kəndli üçün əlavə gəlirdi. Əziyyətli bir iş deyil. Yığıb rayondakı məntəqəyə təhvil veririk. Azərbaycanda Təxminən 10 toplama məntəqəsi var. Bizə ən yaxını Ağcabədidəkidir" – deyə torpaq sahibi bildirir.

Fermerin sözlərinə görə, hər hektardan təqribən 10-15 ton məhsul yığılır.

Məntəqədə il ərzində 3000-4000 ton biyan kökü tədarük olunur
© Sputnik / Ramil Ibrahimov
Məntəqədə il ərzində 3000-4000 ton biyan kökü tədarük olunur

Ağcabədidə fəaliyyət göstərən biyan toplama məntəqəsindən Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildiriblər ki, əhalidən toplanan biyan kökündən əlavə müəssisəyə məxsus 300 hektar əkin sahəsi də var. Həmin sahələrdən də tədarük olunan məhsul müəssisədə qurudulub doğrandıqdan sonra kip şəklinə salınır. 200-220 kq kiplər isə əsasən Türkiyə, İran, Çin, İsrail kimi ölkələrə ixrac olunur.

Məntəqədə il ərzində 3000-4000 ton biyan kökü tədarük olunur. Müəssisədən onu da qeyd ediblər ki, biyan kökündən əldə olunan gəlir heç də digər kənd təsərrüfatı sahələrindən az deyil. Biyan heç bir qulluq göstərilmədən, yabanı şəkildə bitən və dövlət büdcəsinə gəlir gətirən bitkilərdəndir. Biyan kökündən xaricdə əsasən dərman preparatları və ətirlərin hazırlanmasında, eləcə də qida məhsullarında istifadə olunur. Sahibkarlar bildirir ki, hazırda bölgədə yerli istehsalın olmamasına əsas səbəb lazımı avadanlıqların baha olmasıdır. Amma gələcəkdə biyan kökündən müxtəlif məhsulların hazırlanması üçün müəssisələrin fəaliyyət göstərəcəyi də istisna deyil.

7131
Teqlər:
toplama məntəqəsi, Biyan kökü, müəssisə, gəlir, kənd təsərrüfatı
Əlaqədar
Dekorativ bitkilər məhv edildi
Möcüzəvi bitkidən hazırlanan müalicəvi mürəbbə
Bu bitki çayından mütləq için
Mədə qıcqırmasını və qəbizliyi yox edən möcüzəvi bitki
Bu bitki pəhrizi əvəz edir və şəkərin dərmanıdır
Чаглар Сеюнджю

Söyüncü: Türkiyə oyunçuları pley-off mərhələsinə çıxmaq üçün çüzi şansa ümid edirlər

3
(Yenilənib 20:04 19.06.2021)
Türkiyə millisi qrupda ilk iki yerdən birini tutmaq şansını itirib, lakin yenə də Avropa çümpionatının 1/8 mərhələsində oynamağa ümidi var

 

Türkiyə millisinin futbolçuları, şansları az olmasına rəğmən Avropa çümpionatının pley-off mərhələsinə çıxmağa ümid edirlər. Beə bir açıqlama ilə komandanın müdafiəçisi Çağlar Söyüncü çıxış edib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Belə bir bir vəziyyətə düşdüyümüz və azarkeşləri məyus etdiyimiz üçün çox üzülürük. Lakin qarşıda son oyun var. Əlbəttə, biz 3 xal toplamış komandaların ən yaxşısı olmaq və mübarizəni davam etdirmək istərdik. Amma bizə bu da bəs etməsə belə, heç olmasa turniri yaxşı bitirmək istərdik. Bütün komanda anlayır ki, sabah bizim sonuncu şansımızdır, hətta ehtimal az olsa belə. Hamımız məyusuq, lakin hamımız bu şansı gözləyirik", - deyə Söyüncü mətbuat konfransında deyib.

3
Şenol Günəş, arxiv şəkli

Günəş Türkiyə millisinin AVRO-2020-də uğursuz çıxışına görə üzr istəyib

3
Baş məşqçi bildirib ki, Avropa çempionatının açılış oyununda İtaliya komandasına böyük hesabla məğlubiyyət türk futbolçularına pis təsir edib.

 

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının Avropa çempionatndakı çıxışına görə üzr istəyib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Biz komanda daxilində fəlsəfəni dəyişməli, ona qalib ruhunu aşılamalıyıq. İlk iki oyunda bizdə bu qətiyyən hiss olunmurdu. Mən bizə qarşı deyilən bütün tənqidlərə hörmətlə yanaşıram, oyunçularımız da özlərindən narazıdırlar. Həyatda hər zaman istədiyiniz kimi olmur. Əminəm ki, futbolçularımız bu vəziyyətdən çıxacaq və yeni oyuna hazır olacaqlar. Biz bura yaxşılardan biri olmaq üçün gəldik, lakin bunu edə bilmədik. Sözsüz ki, biz məyusuq və bizə azarkeşlik etmiş hər bir kəsdən üzr istəyirik", – deyə Günəş mətbuat konfransında bildirib.

Xatıqladaq ki, ilk turda Türkiyə millisi İtaliya komandasına (0:3), ikinci turda isə Uels komandasına məğlub olub (0:2).

"Romadakı ilk oyunun pis təəssüratları bizə çox təsir etdi. Biz həm oyunda,həm də nəticədə özümüzə inamı itirdik. Meydanda gördüklərimiz bizi həvəsdən saldı. Uels yığması ilə oyunun birinci hissəsində də eyni şey oldu. Biz iki oyundan sonra belə bir vəziyyətə düşəcəyimizi təsəvvürümüzə də gətirməzdik. Biz Türkiyədə insanların bizə nə qədər etimad etdiyini bilirik, lakin onların gözləntilərini doğrulda bilmədik", - deyə baş məşqçi bildirib.

3
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycanın xarici siyasət idarəsi Ermənistana cavab verdi

0
Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

BAKI, 19 iyun - Sputnik. "Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir. Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.

"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir"-, məlumatda qeyd olunub.

0