Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı

Unikal “Musiqinin rəngləri” təqdim edildi - FOTOLAR

30
(Yenilənib 14:20 23.12.2017)
Rəsm əsərlərinin və bütövlükdə Bakı Media Mərkəzinin atriumunun xüsusi işıq effektləri ilə işıqlandırılması musiqi və rəsm dünyalarının harmoniyası atmosferini daha gücləndirib

BAKI, 23 dekabr — Sputnik. Dekabrın 22-də Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın dəstəyi ilə pianoçu Səidə Tağızadə ilə Əməkdar rəssam Rəşad Mehdiyevin birgə ideyası olan unikal “Musiqinin rəngləri” layihəsinin təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində rəssam Rəşad Mehdiyevin tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin bəstələdiyi bir neçə kompozisiyaya həsr etdiyi rəsm əsərləri nümayiş olunub.

  • Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    © Foto: Baku Media Center
  • Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    © Foto: Baku Media Center
  • Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    © Foto: Baku Media Center
  • Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    © Foto: Baku Media Center
  • Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    © Foto: Baku Media Center
  • Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    © Foto: Baku Media Center
  • Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı
    © Foto: Baku Media Center
1 / 7
© Foto: Baku Media Center
Bakı Media Mərkəzində “Musiqinin rəngləri” layihəsinin təqdimatı

Təqdimat mərasimində qonaqları salamlayan Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu layihəni rəngkarlıq və musiqinin vəhdəti adlandırıb. Bəstəkar Firəngiz Əlizadə, rəssam Rəşad Mehdiyev və pianoçu Səidə Tağızadə isə qonaqlara layihəyə olan maraqlarına görə təşəkkürlərini bildiriblər.

Daha sonra Bakı Media Mərkəzinin atriumunda Rəşad Mehdiyevin əsərlərinin təqdimatı başlayıb. Hər bir əsərin həsr olunduğu musiqi kompozisiyası pianoçu Səidə Tağızadə, fleytaçı Əminə Zülfüqarova və Ceyla Seyidova (skripka), Soltan Məmmədov (skripka), əməkdar artistlər Vaxtanq İmanov (alt) və Aleksey Miltixdən (violonçel) ibarət Azərbaycan Dövlət Kvarteti tərəfindən ifa olunub. Rəsm əsərlərinin və bütövlükdə Bakı Media Mərkəzinin atriumunun xüsusi işıq effektləri ilə işıqlandırılması musiqi və rəsm dünyalarının harmoniyası atmosferini daha gücləndirib.

Bakı Media Mərkəzi incəsənət sahəsində xüsusi iz buraxan belə layihələrin davamlı olacağına ümidvardır və gələcəkdə də maraqlı yaradıcı təşəbbüslərə dəstək olmağa hazırdır.

30
Teqlər:
Musiqinin rəngləri, Bakı Media Mərkəzi, Arzu Əliyeva, təqdimat, layihə
Əlaqədar
Böyük layihə artıq Azərbaycana fayda verməyə başladı
NASA-dan inanılmaz layihə: kosmosdan qızıl gətiriləcək
Yeni vergi layihəsi təsdiqləndi
Azərbaycan qadınlarının inkişafına yardım edəcək daha bir layihə başa çatdı
İlham Əliyev: "Bu layihə böyük gəlir, iş yerləri deməkdir"
Məktəb, arxiv şəkli

Tədrisi digər dillərdə olan uşaqların I sinfə qəbulu üçün müsahibələrin vaxtı açıqlanıb

2
(Yenilənib 17:11 20.04.2021)
Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin onlayn həyata keçirilməsi nəzərdə tutulur.

BAKI, 20 aprel — Sputnik. Aprelin 29-dan Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə start veriləcək.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi iyunun 8-də başa çatacaq. Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin 4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur.

2

Məhkəmə Vətən müharibəsindən sonra tutulan generalla bağlı qərar verdi

6
Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə)  və  12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib.

BAKI, 20 aprel - Sputnik. Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun ev dustaqlığına buraxılması barədə verilən vəsatətə baxılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar elan olunub.

Qərara əsasən, həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilməyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib.

Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə)  və  12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

6
Teqlər:
ev dustaqlığı, məhkəmə, həbs, general