Yatan qız, arxiv şəkli

Yatarkən bu əlamət sizdə varsa…

1564
(Yenilənib 10:48 21.12.2017)
Bu əlaməti yox etmək üçün başınızın altına hündür yastıq qoyun

BAKI, 21 dekabr — Sputnik. Yuxuda olan zaman ağızdan su gəlməsi orqanizmdə bir çox problemlərin olmasından xəbər verir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər yaşda özünü göstərən bu əlamət hansısa xəstəliyin göstəricisi ola bilər.

Ağzı açıq yatmaq və bu şəkildə oyananda ağızdan su gəlməsi yuxu pozğunluğu, diş problemləri, allergiya xəstəlikləri, Parkinson xəstəliyi, diş çıxarma, dərmanların təsiri, sinir sistemində olan pozulmalar, ağız boşluğunda olan problem və digər xəstəliklər səbəbindən ola bilər.

Eyni zamanda, burun və ya boğazda artıq ət varsa, bu da ağızı açıq yatmağa səbəb ola bilər. Bu əlaməti yox etmək üçün başınızın altına hündür yastıq qoyun və həkimə müraciət edin.

1564
Teqlər:
Parkinson, yastıq, əlamət, ağız, yuxu, xəstəlik
Əlaqədar
Hansı böyrü üstə yatmaq daha faydalıdır
Nə üçün 8 saatdan çox yatmaq olmaz? Səbəbi maraqlıdır
Çılpaq yatmaq son dərəcə vacib və faydalı imiş
Yeməkdən sonra dərhal yatmaq, görün hansı fəsadlara səbəb olur
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

40
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

40
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

29
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

29