CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda dörd polis bölməsinin rəisi dəyişdi – TƏYİNAT

© Photo : REPORTPolis İdarəsi.Arxiv şəkli
Polis İdarəsi.Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ramil Usubov yeni rəislərin təyinatı ilə bağlı əmr imzalayıb

BAKI, 20 dekabr — Sputnik. Kəpəz (Gəncə) və Daşkəsən rayon polis şöbələrinin rəisləri vəzifələrindən azad edilib.

Sputnik Azərbaycan "Report"a istinadən məlumat verir ki, daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Ağsu Rayon Polis Şöbəsinə, Gəncə şəhərinin Kəpəz Rayon Polis Şöbəsinin rəisi Azər Tağıyev isə vəzifəsindən azad edilərək Saatlı Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Hər iki rayonun polis şöbəsinə hələlik yeni təyinat yoxdur.

Xəbər lenti
0