Yolka Xeyirxahlıq Ağacı xeyriyyə aksiyası

"Şaxta babalar" o məsumların çağırışına cavab verdilər, siz qoşulun...

93
(Yenilənib 09:58 21.12.2017)
Onkoloji Mərkəzdə müalicə alan uşaqlar öz Yeni İl arzularını açıqcalara yazıblar, Sputnik Azərbaycan onları yolkadan asıb, xeyirxah insanlar isə onları çox intizarda qoymayıb

BAKI, 20 dekabr — Sputnik. Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun həyata keçirdiyi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası sürətlə hədəfinə çatmaqdadır.

Artıq Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqların Yeni İl arzularının böyük bir hissəsi həyata keçib. Digər hədiyyələr isə Sputnik Azərbaycan-ın redaksiyasına daxil olmaqdadır.

Sözügedən layihədə Onkologiya Mərkəzinin pasienti olan 18 yaşadək 49 uşaq iştirak edib.

Onlar öz Yeni İl arzularını Sputnik Azərbaycan-ın hazırladığı xüsusi açıqcalara yazaraq "Şaxta Baba"ya göndəriblər. Həmin açıqcalar Sputnik Azərbaycan-ın "Əli və Nino" kitab dükanı (Park Bulvar TM, birinci mərtəbə) və “Bon Appetit” şirniyyat mağazasında (Bülbül prospekti, 36/38, "Nizami" Kino Mərkəzinin yanı) qurduğu Yeni İl yolkasını bəzəyib.

Baxmayaraq ki, sözügedən aksiyaya cəmi bir neçə gün əvvəl — dekabrın 15-də start verilib, artıq o, "Əli və Nino —2" mağazasında uğurla yekunlaşıb. Belə fantastik nəticə Azərbaycanın turizm xidmətləri göstərən “Rantur T.A.” şirkəti sayəsində əldə edilib. Balaca pasientlərin arzularının böyük bir hissəsini həmin şirkət yerinə yetirib.

Beləliklə, dekabrın 20-dək 49 açıqca-mesajdan sadəcə 11-i imzalanmamış qalıb.

Aşağıda uşaqların artıq yerinə yetmiş arzularını təqdim edirik. Açıqca şəklinin üzərinə basmaqla siz özəl Şaxta Babanın adını biləcəksiz.

Xeyriyyə aksiyası davam edir. İstənilən arzu edən şəxs Bon Appetit şirniyyat mağazasına (Bülbül prospekti, 36/38, "Nizami" Kino Mərkəzinin yanı) gedərək yolkadakı açıqcanı götürə və uşaqların arzusunu yerinə yetirə bilər.

93
Teqlər:
Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, xeyriyyə aksiyası, YolkaXeyirxahlıqAğacı, açıqca, oyuncaq, Şaxta Baba
Əlaqədar
Şaxta Baba və Qar Qızsız qalacaq Bakı yolkaları...
O məşhur şəxs evinizə Şaxta Baba kimi gələcək
Bakı Metropoliteni: Bura işə düzəlmək üçün Şaxta Babaya müraciət edin...
Şaxta Babadan inanılmaz riyakarlıq - min illik yalan faş oldu
Xəbərdarlıq gəldi: "Uşaqlarınızı şaxta babalardan uzaq tutun!"
Bakubus avtobusu, arxiv şəkli

Həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır

8
(Yenilənib 21:04 02.07.2020)
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

BAKI, 2 iyul - Sputnik. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. 

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında əksini tapıb. 

Məlumata əsasən, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

8
DİN əməkdaşları, arxiv şəkli

Karantinin sərtləşdirildiyi yerlərdə bir sıra sahələr üzrə fəaliyyətə icazə verilməyəcək

8
(Yenilənib 21:06 02.07.2020)
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilməyəcək - SİYAHI

BAKI, 2 iyul - Sputnik. Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində  2020-ci il 20 iyul saat 06:00-dək həmçinin iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, aşağıdakı xidmət sahələrinin fəaliyyəti dayandırılacaq:

● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

● muzey və sərgi zallarının fəaliyyəti;

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

8
Energetika naziri Pərviz Şahbazov, arxiv şəkli

Pərviz Şahbazov: "Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"

0
(Yenilənib 21:12 02.07.2020)
Şahbazov hesab edir ki, neftə olan tələbatın böhrandan əvvəlki səviyyəyə qayıtması azı iki il çəkə bilər

BAKI, 2 iyul — Sputnik. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov neft hasilatının azaldılması üzrə "OPEC+" sazişinin iştirakçılarının sayını artırmağa çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, nazir bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfransında çıxışı zamanı çağırış edib.

"Neft bazarındakı sabitlik bütün iştirakçıların maraqlarına cavab verir. Bu baxımdan ölkələri, digər istehsalçıları cəlb etməklə "OPEC+" formatının daha da genişləndirilməsini vacib sayıram", - P.Şahbazov deyib.

O əlavə edib ki, Azərbaycan "OPEC+" sazişinə əsasən, öhdəliklərini bundan sonra da yerinə yetirmək niyyətindədir: "Azərbaycan öhdəliklərə sadiqliyini təsdiqləyir və bundan sonra da neft bazarında sabitliyin təmin olunmasında fəal rol oynayacaq".

P.Şahbazov hesab edir ki, neftə olan tələbatın böhrandan əvvəlki səviyyəyə qayıtması azı iki il çəkə bilər.

"Təəssüf ki, indiki qeyri-müəyyənliyi nəzərə alaraq, tələbatın yaxın gələcəkdə tam bərpa olunacağını əminliklə gözləmək olmaz. Bəzi hesablamalara görə, neft bazarının sabitləşməsi üçün azı 2 il vaxt lazımdır", - deyə o vurğulayıb.

0