CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda arvadının boğazını kəsdi, Rusiyaya qaçanda tutuldu

© Sputnik / Murad OrujovМужчина с ножом, фото из архива
Мужчина с ножом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rasim Çəltikov “Yalama” keçid məntəqəsində saxlanılıb

BAKI, 20 dekabr — Sputnik. Bakıda ər həyat yoldaşının boğzanı kəsərək onu qətlə yetirib. Sputnik Azərbaycan report-a istinadla xəbər verir ki, Binəqədi qəsəbəsi, 3-cü mədən 124-cü korpus ərazisindəki həyət evində 1965-ci il təvəllüdlü Çəltikov Rasim Qara oğlu həyat yoldaşı, 1967-ci ildə anadan olmuş Çəltikova Arifə Hüseyn qızının boğazını kəsib. Qadın hadisə yerində ölüb.

Həyat yoldaşını qətlər yetirdikdən sonra Rasim Çəltikov ölkədən qaçmaq istəyib. Lakin o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Qusar rayon "Yalama" keçid məntəqəsində Rusiya Federasiyasına qaçmaq istəyərkən saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0