CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlara müjdə: bu yol da açıldı

© Sputnik / Murad OrujovРемонт дороги, фото из архива
Ремонт дороги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nəcəflinin sözlərinə görə, prospektin sözügedən hissəsinin uzunluğu 1.6 km, ortalama eni isə 20 m-dir

BAKI, 20 dekabr — Sputnik. Azadlıq prospektinin daha bir hissəsi təmir edilib. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Binəqədi rayonu, Azadlıq prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsindən Biləcəri-Baksol yolunadək olan hissəsinin də təmiri işləri görülüb. Nəcəflinin sözlərinə görə, prospektin sözügedən hissəsinin uzunluğu 1.6 km, ortalama eni isə 20 m-dir. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xoş xəbər gəldi: hamını narahat edən yol düzəldilir

Əsaslı təmir işləri çərçivəsində yolun köhnə-asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Əvəzinə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə Azadlıq prospektinin sözügedən hissəsinin 30 min m2 sahəsi asfaltlanıb.

Bundan başqa aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları yenilənib.

© Photo : AzeravtoyolAzadlıq prospektinin daha bir hissəsi təmir edildi
Azadlıq prospektinin daha bir hissəsi təmir edildi - Sputnik Azərbaycan
Azadlıq prospektinin daha bir hissəsi təmir edildi

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.

Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılıb. Bunun üçün üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, bundan öncə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan 1.6 km-lik hissəsində təmir-tikinti işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmışdı. Sözügedən hissədə bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz hərəkət təmin olunaraq, müasir infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Xəbər lenti
0