CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əsgər valideynlərinin nəzərinə!

© Photo : SalamNewsSilahlı Qüvvələrdə açıq qapı günü
Silahlı Qüvvələrdə açıq qapı günü - Sputnik Azərbaycan
Abunə olmaq
Əsgər valideynləri bu günü buraxmasınlar

BAKI, 18 dekabr — Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da saat 11.00-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.

Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Xəbər lenti
0