Taksi maşını

Biləcəridə taksi sürücüsünü qaçıranlar tutulub

84
(Yenilənib 11:23 19.12.2017)
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş Ülvi Xəlilov və Ümid Əliyev tutulub

BAKI, 18 dekabr — Sputnik. Azərbaycanda taksi sürücüsünü qaçıran şəxslər tutulublar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2 nəfər naməlum şəxs Gəncə sakini Mahir Məmmədovun sürdüyü "Mercedes"ə əyləşərək əvvəlcə Biləcəriyə, daha sonra isə Gəncəyə gedəcəklərini bildiriblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş Ülvi Xəlilov və Ümid Əliyev tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hadisə 10 gün əvvəl baş verib. 2 nəfər naməlum şəxs Gəncə sakini Mahir Məmmədovun sürdüyü "Mercedes"ə əyləşərək əvvəlcə Biləcəriyə, daha sonra isə Gəncəyə gedəcəklərini bildiriblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər M.Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar. Bir müddət sonra M.Məmmədovun "Mercedes"i Ağsunun Nüydü kəndində aşkarlanıb.

84
Teqlər:
quldurluq, taksi, Daxili İşlər Nazirliyi, cinayət işi, həbs
Əlaqədar
Taksi sürücüləri arasında ilginc xəbər dolaşır, rəsmi qurumlar da açıqlama verdi
Dözə bilməyib taksidə doğdular
Bakıda taksilər yeni ödəniş sisteminə keçdi
Taksi sürücüsü həmcinsini zorladı
Bakıdakı taksi şirkəti sərnişinləri narahat edən məsələyə aydınlıq gətirdi
Su kanalı, arxiv şəkli

Su kanalından qadın meyidi aşkarlandı

8
1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zahir qızının meyiti su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 23 yanvar — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda su kanalında aşkar edilmiş qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri əraziyə cəlb olunub və həyata keçirilən tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zahir qızının meyidi su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

8
Stetoskop, arxiv şəkli

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi hazırlanır

6
Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ölkədəki vəziyyət və görülən tədbirlər barədə, optika və optikaçılıq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı  dinləmələrin keçirilməsi planlaşdırılıb.

BAKI, 23 yanvar — Sputnik. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi hazırlanır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Parlamentin Səhiyyə Komitəsinin yaz sessiyası üçün iş planına daxil edilib.

Yaz sessiyasında koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ölkədəki vəziyyət və görülən tədbirlər barədə, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair, optika və optikaçılıq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı  dinləmələrin keçirilməsi planlaşdırılıb.

Sessiya ərzində Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi nəzərdə tutulub.

6
Bakıda XİN-nin binası, arxiv şəkli

XİN Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yenilədi

0
Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub.

BAKI, 23 yanvar — Sputnik. Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildir. Siyahıya nəzər salsaq, görərik ki, 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycanın Ordusunun işğalda olan torpaqları azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları dövründə və Vətən müharibəsindən sonrakı vaxtlarda Qarabağa qanunsuz səfərlər baş tutub. Müharibə dövründə Qarabağa səfər edənlərin çoxu xarici ölkələrin jurnalistləridir. 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyaya imza atmasından sonra isə Qarabağa qanunsuz səfər edənlərin əksəriyyəti siyasətçilərdir.

Ümumilikdə 2020-ci ildə Qarabağa 40 qanunsuz səfər baş tutub. Qeyd edək ki, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağa, o cümlədən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərə bütün səfərlər rəsmi Bakının razılığı ilə həyata keçirilməlidir.

0