CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda hay-küylü cinayət: yanacaqdoldurma məntəqəsinə basqın edilib

© Sputnik / Murad OrujovАвтозаправочная станция в Баку, фото из архива
Автозаправочная станция в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
M.Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər

BAKI, 18 dekabr — Sputnik. Bakıda yanacaqdoldurma məntəqəsinə basqın olub. Sputnik Azərbaycan APA-ya istinadən məlumat verir ki, paytaxtın Xətai rayonu, Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin istirahət otağına daxil olan naməlum şəxslər orada işləyən Mehman Cabbarovu bıçaqla hədələyərək pul tələb ediblər.

M.Cabbarov üzərində olan 552 manat pulu onlara verdikdən sonra naməlum şəxslər yanacaqdoldurma məntəqəsini tərk ediblər.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sərxan Mailli və Niyaməddin Mustafayev tutulublar.

Xəbər lenti
0