Albalıyevlər ailəsinin Mingəçevir şəhəri Günəşli qəsəbəsindəki evi

Reytinq bəlası ya mətbuat məcburi köçkün ailəsinin dərdinə necə dərd qatdı

169
(Yenilənib 18:10 17.12.2017)
Dərdli ata Sputnik Azərbaycan vasitəsilə reytinq, birincilik uğrunda yalan məlumat yayan mətbuat orqanlarına səslənib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 17 dekabr – Sputnik. Bu günlərdə Mingəçevir şəhəri Günəşli qəsəbəsinin 16-cı küçəsində yaşayan Albalıyevlər ailəsində faciə baş verib. Ağdamdan olan məcburi köçkün ailəsinin 32 yaşlı  üzvü Albalıyeva Nuriyyə Mətləb qızı hamamda çimərkən dəm qazından zəhərlənərək dünyasını dəyişib. Ailə faciənin şokundan ayılmamış onlara təsir edən daha bir hadisə baş verib ki, bu da mətbuatla bağlıdır. Belə ki, birincilik yarışına çıxan mətbuat orqanlarından birində Nuriyyənin evdə naməlum şəraitdə meyidinin tapılması xəbərinin yayılması ailədə dərd üstünə dərd gətirib. Bu səbəbdən hadisənin hansı şəraitdə baş verməsini və yalan yazan mətbu orqanlarına sözlərini çatdırılması üçün ailə Sputnik Azərbaycan-a müraciət edib. 

Albalıyevlər ailəsinin Mingəçevir şəhəri Günəşli qəsəbəsindəki evi
© Sputnik / Ilham Mustafa
Albalıyevlər ailəsinin Mingəçevir şəhəri Günəşli qəsəbəsindəki evi

Hadisənin təfərrüatlarını danışan Albalıyevlər ailəsinin üzvləri gecə saatlarında telekanalların birindən serial izlədiklərini, reklam arası Nuriyyənin tez yuyunaraq qayıdıb filmin davamını izləmək istəməsini deyiblər. Aradan hardasa 15 dəqiqə keçməsinə baxmayaraq Nuriyənin gəlmədiyini görən anası qızını çağırmağa çıxıb. Hamam otağında isə ana övladının cansız bədəniylə qarşılaşıb. 

Nuriyyənin atası Mətləb Albalıyev hadisə baş verən gün şəhərdə qazların kəsildiyini, bir də axşam saatlarında verildiyini bildirib. Atanın sözlərinə görə, eyni gündə Mingəçevir şəhərində 11 nəfərin qazdan zəhərlənib, onlardan yalnız Nuriyyə dünyadan köçüb. Ona ən çox təsir edən isə mətbuatda övladının naməlum şəratdə ölmə xəbərinin yayılması olub:

Albalıyevlər ailəsinin Mingəçevir şəhəri Günəşli qəsəbəsindəki evi
© Sputnik / Ilham Mustafa
Albalıyevlər ailəsinin Mingəçevir şəhəri Günəşli qəsəbəsindəki evi

"Götürüb yazırlar ki, evdə qadın nəməlum şəraitdə ölüb. Bilmirəm, nə maraq güdürlər, amma bizə dağ üstə dağ çəkirlər. Uzaqda yaşayan qohum-əqrəbalar zəng vurur, hadisəylə maraqlanır, hər birinə hadisəni hansı şəraitdə baş verməsini izah edənədək neçə dəfə ölüb dirilirik. Xəstəxananın rəyi var, polislərin araşdırması var, heç olmasa onlarla maraqlanıb yazardılar. Ən azından qəsəbə camaatından soruşardılar. Hamı bir-birini tanıyır burda. Evdə 8 uşaq böyütmüşəm. 5 öz övladım, 3 bacımın uşaqları. Ən yaxın qonşular belə onların hansının mənim, hansının bacımın övladı olmasını seçə bilmirlər". 

Sputnik Azərbaycan vasitəsilə mətbuata səslənən Mətləb Albalıyev reytinq, birincilik uğrunda yalan məlumatlar yayan mətbuat işçilərini vicdanla hərəkət etməyə, faciənin üstə dərd gətirməməyə çağırıb.

169
Əlaqədar
Mingəçevirdə möcüzə baş verib
"Mayk Tayson" Mingəçevirdədir
Mingəçevirdəki narkoman həm də pedofil imiş
Mingəçevirdə yanğın olub
Mingəçevirdə azyaşlı xilas edildi