İnternet

Sevgisi üçün uzun yol qət edən gənc vəhşicəsinə döyüldü

88
(Yenilənib 01:48 17.12.2017)
Qadını görmək üçün minlərlə kilometr yol gedən Liu qadının həyat yoldaşı tərəfindən döyülüb

BAKI, 16 dekabr — Sputnik. Virtual sevgisi üçün kilometrləri aşan gənc vəhşicəsinə döyülüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Çində Liu adlı gənc internetdə bir qadınla tanış olub. Qadını görmək üçün minlərlə kilometr yol gedən Liu qadının həyat yoldaşı tərəfindən döyülüb.

Duan adlı qadını görmək arzusunda olan gənc qadının həyat yoldaşı tərəfindən tutulub və meydanın ortasına aparılaraq döyülüb. Qadının həyat yoldaşının dostları onu iplə ağaca bağlayıb və saatlarla döyüblər. Ətrafdakı insanlar isə döyülənə kömək etmək əvəzinə baş verənləri cib telefonları ilə çəkiblər.

88
Qurcana çayı tullantılardan təmizlənib

Azərbaycanda şəhərin zibili çayı görünməz etdi - FOTO

1
(Yenilənib 19:16 31.05.2020)
Nazirliyin əməkdaşlarının nəzarəti ilə Şəki Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən çay tullantılardan təmizlənib.

BAKI, 31 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəki şəhərindəki Qurcana çayının tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan şikayət regional ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Sputnik Azərbaycan nazirliyin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı Qurcana çayının tullantılarla çirkləndirilməsi faktı təsdiqini tapıb. Faktla bağlı akt tərtib olunub.

© AR Ministry of Ecology and Natural Resources.
Qurcana çayı tullantılardan təmizlənib

Nazirliyin əməkdaşlarının nəzarəti ilə Şəki Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən çay tullantılardan təmizlənib.

1
Əlaqədar
Zibilin apardığı pullar - iki min beş yüz manatı getdi
Salam, dəniz. Ötən il sağollaşdığımız kimisən: çirkli, hirsli...
Dünyada ilk dəfə Türkiyədə suda koronavirus olması araşdırılır
Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer
Sumqayıtın yeni bəlası: inkişaf etdikcə ekoloji problem yaranır
Sürücü sükan arxasında, arxiv şəkli

Piyadanı öldürüb qaçan sürücü saxlanılıb

2
(Yenilənib 19:10 31.05.2020)
Şəmkir şəhər sakini Arzu İsmayılov Bakı-Qazax avtomobil yolunda piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb

BAKI, 31 may — Sputnik. Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, mayın 22-də saat 22 radələrində Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Əyyublu kəndi ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən piyada – 1982-ci il təvəllüdlü Tağıyev Məşədi İsmayıl oğlunu vuraraq öldürüb.

Sürücünün hadisə yerindən qaçması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin "VAZ-21063" markalı 10-FT-972 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – Şəmkir şəhər sakini 1986-cı il təvəllüdlü İsmayılov Arzu Xanoğlan oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. A.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

2
Əlaqədar
Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb
Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı
Ağır qəzada 4 hərbçi və 1 mülki şəxs həlak olub
Şirvanda minik avtomobili mikroavtobusla toqquşub, ölən və xəsarət alan var