Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar

Bu istirahət günündə dincəlmək mümkün olmayacaq: hava xəbərdarlığı

458
(Yenilənib 23:12 16.12.2017)
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

BAKI, 16 dekabr — Sputnik. Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, gün ərzində arabir çiskinli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 

458
Əlaqədar
Sabaha gözlənilən hava şəraiti
Gözlənilən hava şəraitindən xəbəriniz olsun
Hava şəraiti ilə bağlı son xəbər
Xoş olmayan xəbər gəldi... - Hava proqnozu