Qırqovulların bəslənməsi də çox rahatdır

Azərbaycan qırqovul əti ixrac edə bilər

1708
(Yenilənib 12:16 19.12.2017)
Bütöv bir qırqovuldan hazırlanmış sifarişin qiyməti restorandan asılı olaraq 45-60 manat arasında dəyişir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 16 dekabr — Sputnik. Qəbələnin Daşlıca kəndində yaşayan 61 yaşlı Ə.Babayev şəxsi təsərrüfatında çöl quşu olan qırqovulu bəsləməklə məşğul olur. Məqsədi quşçuluğun bu sahəsini şimal-qərb bölgəsində inkişaf etdirmək və gələcəkdə qırqovul ətinin ixracına nail olmaqdır.

Əsasən yerli sort olan bu quşlar soyuğadavamlı olduğundan dağlıq və dağətəyi bölgədə onları yetişdirmək o qədər də çətinlik yaratmır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşların əti çox dadlı olur.

  • Əli Babayev
    Əli Babayev
    © Sputnik / Ilham Ahmadov
  • Əli Babayev 1 il ərzində 100-ə yaxın qırqovul böyüdərək satdığını deyir
    Əli Babayev 1 il ərzində 100-ə yaxın qırqovul böyüdərək satdığını deyir
    © Sputnik / Ilham Ahmadov
  • Qırqovul yumurtlama dövründə 150-ə kimi yumurta verə bilir
    Qırqovul yumurtlama dövründə 150-ə kimi yumurta verə bilir
    © Sputnik / Ilham Ahmadov
  • Hazırda onun həyətində 200 başa yaxın qırqovul var
    Hazırda onun həyətində 200 başa yaxın qırqovul var
    © Sputnik / Ilham Ahmadov
1 / 4
© Sputnik / Ilham Ahmadov
Əli Babayev

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, kənd təsərrüfatı ilə yanaşı çöl quşlarına böyük marağı olduğunu deyən Əli kişi bir necə il əvvəl meşədən tutduğu qırqovulları saxlayaraq artırmaq niyyətinə düşüb. Həyətində bağlı şəraitdə saxladığı qırqovulun yumurtalarından çıxan bala qırqovulları böyüdüb və getdikcə saylarını artırıb. 

Bu qədər xeyir götürəcəyini hesab etmədiyini deyən Əli Babayev 1 il ərzində 100-ə yaxın qırqovul böyüdərək satdığını deyir. Hazırda həyətində 200 başa yaxın qırqovulun olduğunu, aprel ayında yumurtlama dövrü olduğu üçün indi onlara daha çox qulluq etdiyini bildirir.

Onu da vurğulayaq ki, ana qırqovul yumurtlama dövründə 150-ə kimi yumurta verə bilir. İl ərzində 3 ay müddətində yumurta qoyan bu quşlardan təbii və inkubator yolu ilə də bala almaq mümkündür. Qırqovulların bəslənməsi də çox rahatdır. Qazanc əldə etmək üçün bəslədiyi qırqovulun birini 25-50 manata satdığını bildirən təsərrüfat sahibi onları bəsləməyi və sayını artırmağın yolunu hər bir müştərisinə öyrətmədiyini deyir. 

Son vaxtlar meşələrdə nadir hallarda rast gəldiyi qırqovulları qapalı şəraitdə çoxaltmağı bacaran Ə.Babayev gələcəkdə onların sayını 1000 başa çatdıraraq iri ferma yaratmağı planlaşdırır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşları həvəskarlar bəzən bəzək quşu kimi alaraq qəfəsdə saxlayırlar. Çəkisi 1.5 kiloqramadək çatan qırqovullar ev quşları kimi arpa, buğda və otla qidalanır.

Hazırda Qəbələdə fəaliyyət göstərən restoranlardan da böyük tələbat olduğunu vurğulayan sahibkar bu quşun çox dadlı əti olduğunu və insanlar tərəfindən çox alınan bir yaban quşu olduğunu da söyləyir. Restoranlarda da qırqovuldan hazırlanan yeməklərə böyük maraq olduğunu, insanların əsasən soğanla qovrulmuş və "tabaka" kimi hazırlanmış halda sifariş edildiyini deyir. Onu da qeyd edək ki, bütöv bir qırqovuldan hazırlanmış sifarişin qiyməti restorandan asılı olaraq 45-60 manat arasında dəyişir.

1708
Sovetski

"Sovetski" sakinlərinin iddialarına nazirlikdən münasibət: Şərtlər məcburidir

0
(Yenilənib 18:15 20.04.2021)
"Keçmiş "Sovetski" adlanan ərazinin sakinləri olmuş vətəndaşlarımızı ictimai qaydanın və asayişin pozulması ilə müşayiət olunan destruktiv fəaliyyətdən,

BAKI, 20 aprel — Sputnik. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayonunun keçmiş "Sovetski" adlanan ərazisində vaxtilə yaşamış bir qrup sakinin səsləndirdiyi iddialara münasibət bildirib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, keçmiş "Sovetski" adlanan ərazidə vaxtilə könüllü razılıq əsasında köçmüş, indi isə tərəflərin razılığı ilə bağlanmış alqı-satqı müqavilələri əsasında satın alınan evlərinə görə onlara edilən ödənişlərin guya natamam hesablanması, evlərin düzgün ölçülməməsi, kompensasiya məbləğinin azaldılması, habelə həmin ərazidə torpaq sahələri üzrə mülkiyyət hüquqlarının pozulmasına dair bir qrup keçmiş sakinin səsləndirdikləri iddiaların heç bir əsası yoxdur.

Ərazidə vaxtilə alınma və köçürmə işləri torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericiliyə, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq alan orqan kimi müəyyən edilmiş Yasamal RİH tərəfindən icra olunub, Maliyyə Nazirliyi isə qeyd olunan dövlət ehtiyacları üçün alınma işlərində nəzarət orqanı qismində iştirak etməklə prosesə nəzarət edib.

Köçürülmə ərazisinə düşən daşınmaz əmlaklar üzrə qiymətləndirmə "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna uyğun olaraq, bu işlərə cəlb edilmiş müstəqil qiymətləndirici şirkət tərəfindən sözügedən ərazidə mövcud bazar qiymətləri öyrənilməklə aparılıb. Hesablanmış məbləğlər Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərlə ilkin razılaşma əldə olunduqdan sonra notariat qaydada alqı-satqı müqavilələri bağlanmaqla müvafiq banklarda mənzillərin sahiblərinin adlarına açılmış hesablara köçürülüb və heç bir əlavə xərc olmadan hesablanmış məbləğlər həmin şəxslər tərəfindən bütünlüklə alınıb. Və bununla əlaqədar alqı-satqı dövründə sakinlər tərəfindən heç bir irad bildirilməyib. Hər bir sakinlə bağlanmış əqdlərin sürətləri bu gün də mövcuddur və istənilən şəxs həmin alqı-satqı müqavilələri ilə tanış ola bilər.

Vəsaitlərini götürən bütün sakinlərə evlərindən yeni mənzillərinə köçmək üçün ən azı bir ay müddət və əlavə olaraq hər bir ailəyə 1000 manat məbləğində köçmək üçün vəsait ödənilib.

Bundan başqa, köçürülmə zamanı torpaq sahələrinin onların xüsusi mülkiyyətində olmasına dair müvafiq sənədlər təqdim edən sakinlərə əlavə kompensasiya hesablanaraq ödənilib.

"Maliyyə Nazirliyi bir daha bəyan edir ki, könüllü razılıq əsasında notarial qaydada bağlanan əqdlərə uyğun olaraq köçürülmüş həmin şəxslərin xeyli müddətdən sonra yenidən peyda olaraq şikayətlər səsləndirmələri, bəzi şəxslər tərəfindən koordinasiya olunaraq dövlət qurumlarının qarşısına toplaşmaları, dəfələrlə şifahi və yazılı qaydada onlara izahat verilməsinə baxmayaraq Yasamal RİH və Maliyyə Nazirliyindən əlavə vəsait tələb etmələri, mətbuatda və sosial şəbəkələrdə dövlət orqanlarına, ayrı-ayrı vəzifəli şəxslərə qarşı iradlar səsləndirmələri tam əsasızdır və həqiqəti əks etdirmir.

Bununla yanaşı, qeyd olunmalıdır ki, sözügedən alqı-satqı müqavilələri hazırda qüvvədədir və onların şərtləri müqavilə tərəfləri üçün məcburi xarakter daşıyır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müqavilələrin, o cümlədən alqı-satqı müqavilələrinin məcburi qaydada dəyişdirilməsi və ya ləğv edilməsi Azərbaycan Respublikasının müvafiq məhkəmələrinin səlahiyyətindədir.

Eyni zamanda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu da alınmanın təsirinə məruz qalmış şəxslərin məhkəmə müdafiəsinə təminat verir.

Göstərilənlərə əsasən keçmiş "Sovetski" adlanan ərazinin sakinləri olmuş vətəndaşlarımızı ictimai qaydanın və asayişin pozulması ilə müşayiət olunan destruktiv fəaliyyətdən, bir qrup şəxslərin təhriki ilə əlavə vəsait tələb etməkdən çəkinməyə çağırır və iddia tələbləri ilə bağlı müvafiq məhkəmələrə müraciət etmələrini tövsiyə edirik", - nazirlikdən bildirilib.

0
Teqlər:
Maliyyə Nazirliyi, narazılıq, sakinlər, "Sovetski"
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Nazirdən məktəbəqədər təhsillə bağlı paylaşım

2
(Yenilənib 17:45 20.04.2021)
Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk 5 il platforması yaradılıb.

BAKI, 20 aprel — Sputnik. Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkəmizin 50 şəhər və rayonunda 466 mərkəzdə 9373 uşağı əhatə edən 500 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında məlumat verib.

Xəbərdə qeyd edilir ki, bu icma əsaslı qruplarda ümumilikdə 486 nəfər müəllim çalışır. Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk 5 il platforması yaradılıb. Layihə Heydər Əliyev Fondu, Avropa İttifaqı və UNİCEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

2
Teqlər:
paylaşım, nazir, məktəbəqədər təhsil