Pirotexniki vasitələr, arxiv şəkli

Yeni il hazırlığı baş tutmadı

21
(Yenilənib 01:30 17.12.2017)
Bütün faktlarla bağlı araşdırma aparılır

BAKI, 16 dekabr — Sputnik. Bir gün ərzində mindən çox fişəng və pirotexniki vasitə aşkar edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları təkcə bir gün ərzində dörd fakt üzrə 1103 ədəd fişəng və 33 qutu pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar edilib.

Bütün faktlarla bağlı araşdırma aparılır.

21