CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Facebook"da olmağın ziyanı bu imiş...

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidFacebook sosial şəbəkəsi
Facebook sosial şəbəkəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Facebook"da xəbər lentinin passiv şəkildə vərəqlənməsi psixi sağlamlığa ziyan vura bilər

BAKI, 16 dekabr — Sputnik. "Facebook" tədqiqatçıları etiraf ediblər ki, xəbər lentinin gözdən keçirilməsi insana zərər vura bilər.

“Report” xəbər verir ki, bu barədə şirkətin bloquna yerləşdirilən "Çətin sual: sosial şəbəkədə keçirilən vaxt bizə ziyan vura bilərmi" adlı məqalədə qeyd olunur.

"Facebook" tədqiqatçıları Devid Qinzberq və Moyra Burke belə bir qənaətə gəliblər ki, xəbər lentinin passiv şəkildə vərəqlənməsi insanların psixi sağlamlığı üçün əlverişsiz ola bilər.

"Ümumiyyətlə, əgər insanlar vaxtlarını passiv informasiya qəbul etməklə keçirirlərsə, onlar sonradan özlərini pis hiss edirlər" — deyə məqalədə bildirilir.

Xəbər lenti
0