Bakıdakı bazarlardan birində kartof satışı, arxiv şəkli

Səhər ac qarına kartof suyu içməyin faydaları

14750
(Yenilənib 00:06 17.12.2017)
Kartof suyunun dadını xoşlamayanlar limon suyu və ya bal qarışdırıb içə bilərlər

BAKI, 16 dekabr — Sputnik. Kartof yay-qış demədən hər birimizin mətbəxdə istifadə etdiyi, fərqli yeməklərin əsas elementi olan, bişirilməsi və yeyilməsi asan tərəvəzdir.

Son dövrdə kartof suyunun içilməsi də xalq təbabətində geniş yayılmış üsullardan biridir. Bəs kartof suyunun nələrə faydalı olduğunu bilirsinizmi? Sputnik Azərbaycan lent.az-a istinadən həmin faydaları təqdim edir.

Kartof suyu qastrit, mədə və ürək xəstəliyi kimi müxtəlif xəstəliklərə fayda verir.

Kartof suyu orqanizmin hər bölgəsində qan dövranının yaxşılaşmasına yardım edir. Xüsusilə səhər ac qarına içilən kartof suyu həzm sisteminin sağlıqlı işləməsinə, qəbizlik, ishal, şişkinlik, mədə qıcqırması və həzmsizlik kimi problemlərə qarşı müalicəedici təsir göstərir.

Səhərlər ac qarına içilən kartof suyunun bədəndən bütün zərərli toksinləri atdığına dair araşdırma nəticələri var.

Kartof suyu qaraciyərin və öd kisəsinin təmizləməsini təmin edərək daş yaranmasına da əngəl olur.

Kartof suyu bol orqanik turşu, mineral, ferment tərkiblidir. Qəbizlik, ishal, şişkinlik, mədə göynəməsi və həzmsizlik kimi problemlərə qarşı effektlidir. Səhərlər içilən kartof suyunun reflüks xəstəliyinə də faydalı olduğu deyilir.

Kartof suyu tərkibinə görə bağırsaq xərçənginə qarşı qoruyucu və bağırsaq xərçəngi xəstələrində dəstəkləyici bir tərəvəzdir. Fol turşusu və dəmir baxımından zəngindir. Bu qida dəyərləri də qırmızı qan hüceyrələrinin hazırlanmasında böyük rol oynayır. Yəni kartof suyu qansızlıq və anemiya riskini azaldır.

Kartof suyunun içindəki asit mədənin PH səviyyəsini tənzimlədiyindən mədədəki turşuluğun artmasını azaldır. Mədə turşuluğu ilə yanaşı mədə sancısı çəkənlərə də kartof suyu içmək tövsiyə edilir. Bununla mədə xərçəngi, qastrit, kolik kimi mədə problemlərinin riski də azalmış olur.

Bundan başqa, kartof suyunun tərkibindəki zəngin üzvi birləşmələr revmatizm, oynaq problemlərinə də yardım edir. Bel, ürək ağrılarında effektli fayda yaradan kartof suyu gut xəstəliyinə qarşı təsirlidir. Kartof suyu bədənin hər bölgəsində həzmin tənzimlənməsinə yardımçı olur. Buna görə səhərlər ac qarına içilməsi məsləhətdir. Yaxşı bir potasium qaynağı olduğundan yüksək təzyiqli insanlarda pozitiv nəticələrə səbəb olur. Yetərli potasium qəbulu həm də ürək xəstəlikləri riskinin azalmasına da yardım edir.

Kartof suyu təmizləyici keyfiyyətə də malikdir. Bu özəlliyi ilə qaraciyər və öd kisəsində problemi olanlar üçün təbii dərman sayılır. Buna görə səhərlər ac qarına 150 qrama qədər kartof suyu içmək məsləhətdir. Bu yolla sidik yolunda daşı olanlar da təsirini görmüş olurlar. Yaranmış daşların təmizlənməsinə yardımçı olmaqla yanaşı həm də daş yaranması riskini də azaldır.

Kartofun dəri üzərindəki effektini hər kəs bilir. Gözaltı qaralar, yaralar və şişkinliklərə qarşı kartof həmişə bir həll yolu kimi görülüb. Eqzema, dəri ləkələri, quru və qaşıntılı dəri üçün kartof suyunun möcüzəvi təsiri var. Kartof suyu həm də saç köklərini bəsləyir, daha gur və sağlam saçlara qovuşdurur. Bunun üçün kartof suyunu yumurta ağı və balla qarışdırıb saçlara sürtün və yarım saat sonra saçlarınızı şampunla yuyun.

Kartof suyunun dadını xoşlamayanlar kartof suyuna limon, ya bal qarışdırıb içə bilərlər. Balla qarışdırıb içmək qida zəhərlənməsinə qarşı da effektlidir.

Kartof suyunun istifadə qaydaları:

Kartofu soyub doğrayın, yuyun və şirə çəkən maşında çəkin. İki həftə səhər və axşam ac qarına yeməkdən yarım saat əvvəl 150 qr kartof suyu için. Sonra iki həftə ara verin və yenə iki həftə eyni şəkildə için.

14750
Teqlər:
xəstəlik, müalicə, fayda, kartof suyu
Əlaqədar
Sağlamlıq üçün qaçırdı, amma öldü
Dəmir yolunda "Sağlamlıq günü"
Naftalan, Qalaaltı, Duzdağ... Sağlamlıq turizmi niyə inkişaf etmir?
İbn Sinanın sağlamlıq qaydaları hələ də aktualdır
Sağlamlıq axtara-axtara ölüm tapanlar...

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

2
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

2
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.

“Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti

"Üzeyir sənətinin gənclik sədaları"

10
(Yenilənib 22:24 24.09.2021)
Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb.

BAKI, 24 sentyabr — Sputnik. XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Üzeyir sənətinin gənclik sədaları" layihəsinin növbəti konserti baş tutub.

Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Universitetinin Kamera orkestri ilə solistlərinin də qatıldığı "Xəzər dalğası" adlı layihə maraqla qarşılanıb. Orkestrin bədii rəhbəri Zülfiyyə Sadıqova, dirijoru Orxan Həşimovdur.

Konserti ön sözlə açan bəstəkar, respublikanın Xalq artisti Sərdar Fərəcov 13 il ərzində keçirilən bu festivalın əhəmiyyətindən danışıb. Festivala artıq yeddinci ildir ki, qatılan Xəzər Universitetinin iştirakının gözəl ənənə olduğunu vurğulayıb.

Xəzər Universitetinin Fikrət Əmirov adına konfrans-konsert mərkəzində keçirilən tədbirin solist iştirakçıları sırasında respublikanın əməkdar artistləri - müğənni tenor Fərid Əliyev, zurna və balaban ifaçısı Şirzad Fətəliyev, beynəlxalq müsabiqə laureatları Məhsəti Cabbarova və Yuliya Behbudova olublar.

Konsertdə Nikolay Rimski-Korsakovun "Seyrələn uçan buludlar", Frans Leqarın "Cuditta" operasından Cudittanın mahnısı, Leo Delibin "İspan mahnısı", Tomazo Albinoninin "Adajio", Sərdar Fərəcovun "Elegiya", Ü.Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından Gülçöhrənin ariyası və digər əsərlər səslənib. Tədbir Fikrət Əmirovun "1001 gecə" baletindən "Şəhrizadın bayramı" rəqs nömrəsi ilə tamamlanıb.

10