133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək

Bakıya müasir avtobuslar gətirildi - FOTO

380
(Yenilənib 22:59 16.12.2017)
Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq gətirilməsi nəzərdə tutulub

BAKI, 15 dekabr — Sputnik. Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib.

  • 133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
    133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
  • 133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
    133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
  • 133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
    133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
  • 133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
    133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
1 / 4
133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Çinar Trans" MMC-nin gətirdiyi 20 ədəd avtobus sərnişindaşıma ilə bağlı Bakı Nəqliyyat Agentliyinin müvafiq hüquqi normativ aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcək. Beləliklə, yaxın vaxtlarda 133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək.

Qeyd edək ki, 2017-ci ildə "Çinar Trans" MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq gətirilməsi nəzərdə tutulub.

380
Teqlər:
marşrut xətti, "Çinar Trans" MMC, baza, yenilənmə, Bakı Nəqliyyat Agentliyi, avtobus
Əlaqədar
Bakıda bu da oldu: İti avtobusda oturacaqda apardılar – VİDEO
Yük maşını məktəb avtobusu ilə toqquşdu, yaralılar var
Bakıda sərnişinin avtobusda ölməsinin səbəbi məlum oldu
Sərnişin avtobusu ilə minik avtomobili toqquşub
"Sürücüsüz avtobuslar" istismara veriləcək