Sputnikin xeyirxahlıq yolkası

Onlar sizi gözləyir: Sputnik Azərbaycan onkoloji xəstə uşaqlar üçün Şaxta Baba axtarır

81
(Yenilənib 18:17 15.12.2017)
Sputnik Azərbaycan #YolkaXeyirxahlıqAğacı layihəsi çərçivəsində ehtiyacı olan uşaqlara bayram hədiyyəsi verməyə hazır olan xeyirxah insanları axtarır

BAKI, 15 dekabr — Sputnik. Yeni İl ərəfəsində Bakıda #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyasına start verilib. Sputnik Azərbaycan İnformasiya Agentliyi və Radiosu bu gün start götürən layihə çərçivəsində Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlara hədiyyələrin toplanmasını təşkil edir.

Bu layihənin icrasında məqsəd uşaqlara səbirsizliklə gözlədikləri sevimli bayramlarında sehrli atmosferi yaratmağa kömək etməkdir.

#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası çərçivəsində onkoloji xəstə olan 2-18 yaşlı 49 uşaq öz arzusunu Şaxta Babaya xüsusi açıqcalar vasitəsilə yollayıb. Onlar açıqcalara Yeni ildə Şaxta Babadan hansı hədiyyəni gözlədiklərini yazıblar.

  • Sputnikin xeyirxahlıq yolkası
    Sputnikin xeyirxahlıq yolkası
    © Sputnik / Murad Orujov
  • Sputnikin xeyirxahlıq yolkası
    Sputnikin xeyirxahlıq yolkası
    © Sputnik / Murad Orujov
  • Sputnikin xeyirxahlıq yolkası
    Sputnikin xeyirxahlıq yolkası
    © Sputnik / Murad Orujov
  • Sputnikin xeyirxahlıq yolkası
    Sputnikin xeyirxahlıq yolkası
    © Sputnik / Murad Orujov
  • Sputnikin xeyirxahlıq yolkası
    Sputnikin xeyirxahlıq yolkası
    © Sputnik / Murad Orujov
1 / 5
© Sputnik / Murad Orujov
Sputnikin xeyirxahlıq yolkası

Sputnik Azərbaycan uşaqların arzularını aidiyyatı yerə ünvanlayıb və bütün xeyirxah insanları xəstəliyi ilə cəsarətlə mübarizə aparan bu uşaqların arzuladığı bayram hədiyyəsini təmənnasız olaraq onlara təqdim etməyə çağırır.

Layihədə arzu edən hər kəs iştirak edə bilər, heç bir məhdudiyyət yoxdur.

Şaxta Baba olmaq və uşağın arzusunu yerinə yetirmək üçün "Əli və Nino" kitab dükanı (Park Bulvar TM, birinci mərtəbə) və "Bon Appetit" şirniyyat mağazasından (Bülbül prospekti, 36/38, "Nizami" Kino Mərkəzinin yanı) #YolkaXeyirxahlıqAğacı layihəsinin Yeni İl yolkasındakı həmin açıqcalardan birini seçmək kifayətdir.

Sonra xeyirxah şəxslər açıqcanın özlərinə aid hissəsini Şaxta Baba qismində dolduraraq hədiyyə ilə birlikdə dekabrın 29-dək Sputnik Azərbaycan-ın redaksiyasına (Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə), yaxud da sözügedən mağazalara gətirə bilərlər.

#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası çərçivəsində toplanan bütün hədiyyələr Yeni il bayramı günlərində Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqlara veriləcək.

Sputnik Azərbaycan bütün xeyirxah insanları uşaqlara əsl bayramı hədiyyə etməyə çağırır.

#YolkaXeyirxahlıqAğacı haştağını sosial şəbəkələrdə paylaşaraq bu aksiyaya dəstək olun.

81
Teqlər:
açıqca, Yeni İl, onkoloji xəstəlik, Sputnik Azərbaycan, yolka, Şaxta Baba, uşaqlar
Əlaqədar
O məşhur şəxs evinizə Şaxta Baba kimi gələcək
Bakı Metropoliteni: Bura işə düzəlmək üçün Şaxta Babaya müraciət edin...
Şaxta Babadan inanılmaz riyakarlıq - min illik yalan faş oldu
Xəbərdarlıq gəldi: "Uşaqlarınızı şaxta babalardan uzaq tutun!"
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Azərbaycanlı qardaşlarımızın sayəsində Qarabağ səmasını ay-ulduz bəzəyir - Ərdoğan

5
(Yenilənib 19:25 05.12.2020)
"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi"

BAKI, 5 dekabr - Sputnik. "Ermənilər Azərbaycan torpaqlarına hücum edəndə bütün qəlbimiz və imkanlarımızla qardaşlarımızın imdadına yetişdik. Qarslılar bu erməniləri çox yaxşı tanıyırlar. Ortaq tariximiz, mədəniyyətimiz, inancımız və dil birliyimizin tələb etdiklərini gerçəkləşdirərək Dağlıq Qarabağ və ətrafındakı işğal altında olan Azərbaycan torpaqlarının azadlığına qovuşmasında bir zəhmətimiz oldu. Azərbaycanlı qardaşlarımızın mücadiləsi nəticəsində, həmd olsun, Qarabağ səmalarını əskilər deyil, ay-ulduzlu bayraqlar bəzəyir".

Sputnik Azərbaycan bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videobağlantı ilə qatıldığı Sarıkamış-Karakurt-Xorasan yolunun açılış mərasimində söyləyib. 

"Azərbaycan bayrağı şəhidlərimizin qəhrəmanlıqlarının timsalı olaraq Dağlıq Qarabağda qürurla dalğalanır. İnşallah, Naxçıvan ilə Azərbaycan arasındakı əlaqəni təmin edəcək dəhlizin açılmasıyla qardaşlarımızla birbaşa quru yolu əlaqəsi quracağıq", - deyən Ərdoğan əlavə edib ki, bu işdən ən çox faydanı da Qars görəcək. 

30 illik işğaldan sonra Azərbaycanın öz torpaqlarına yenidən qovuşmasının haqlı sevincini yaşadığını vurğulayan Ərdoğan deyib ki, Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatiya, həm də hərbi baxımdan Azərbaycana anasının ağ südü kimi halaldır. 

"Yenə də vurğulamaqda fayda görürəm: Azərbaycan kimsənin torpağına əl uzatmadı, kimsəyə hücum etmədi, Birləşmiş Millətlər Təşkiları və ATƏT-in qərarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi mülki əhalini, yaşayış məntəqələrini hədəf alaraq deyil, legitimlik çərçivəsində gerçəkləşdirdi. Bu durumda bir gün əvvəl Minsk qrupu həmsədrlərindən olan Fransanın parlamentinin müzakirə elədiyi qətnamə qalmaqaldan da betər bir faciədir", - deyə Türkiyə lideri bildirib. 

Azərbaycan Prezidenti İlham Əliyevin: "Fransa, əgər erməniləri bu qədər çox sevirsə, özünün Marsel şəhərini onlara verə bilər" sözlərini xatırladan Ərdoğan heç bir dövlətin digərinin suverenliyinə bu dərəcədə alçaqcasına hücum etməsinin qəbul edilməyəcəyini söyləyib. 

5
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Qars, Türkiyə, Azərbaycan, Qarabağ
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

5
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

5
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik
Mixail Qorbaçov

Qorbaçovu artıq qohumları da ziyarət etmirlər

0
(Yenilənib 19:45 05.12.2020)
Qorbaçovun qızı və iki qız nəvəsi Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Siyasətçi özü də harayasa getmək iqtidarında deyil.

BAKI, 5 dekabr - Sputnik. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovu artıq qohumları ziyarət etmirlər. İndi onun üçün ən yaxın adam köməkçisi olub. Sputnik Azərbaycan bildirir ki, "MK"nın jurnalistləri Vitali Manskinin "Qorbaçov. Cənnət" filminə baxandan sonra bu qənaətə gəliblər. 

Qorbaçov hökumətin ömürlük istifadə üçün ayırdığı xidməti evdə tək yaşayır. Bina mühafizə olunur və hündür hasarla əhatə olunub. 

Filmdə Qorbaçov etiraf edir ki, nəvələri ona baş çəkmirlər. Qocalmış siyasətçinin durumu elə də yaxşı deyil, kreslodan güclə qalxır və xüsusi qurğunun hesabına hərəkət edir. İkinci mərtəbəyə qalxmaq üçün liftdən istifadə edir, əks halda yataq otağına getmək üçün bir saat sərf etməli olur. 

 

Qorbaçovun qızı və iki qız nəvəsi Almaniyada yaşayır, Rusiyaya gəlmirlər. Siyasətçi özü də harayasa getmək iqtidarında deyil.

Uzun illər Qorbaçovla işləyən Pavel Palajçenko onun niyə qohumlarıyla görüşmədiyini izah edib. Onun sözlərinə görə, Qorbaçov koronavirusa yoluxmaqdan qorxduğundan özünütəcriddədir. 

"İndi kim gəlir ki? İndi təyyarələr uçmur, ona görə", - Palajçenko deyib. 

Onun sözlərinə görə, emidemioloji situasiya yaxşılaşan kimi qohumları mütləq Qorbaçova baş çəkəcəklər.

0
Teqlər:
qohumlar, Rusiya, Mixail Qorbaçov