intihar damdan tullanma

Paytaxtda gecə dramı: Beşinci mərtəbəyə çıxaraq özünü atmaq istədi

33
(Yenilənib 11:02 15.12.2017)
C.Sadıqov qardaşının intiharı ilə bağlı düzgün araşdırma aparılmamasına etiraz edib

BAKI, 15 dekabr — Sputnik. Bakının Binə qəsəbəsində intihar cəhdinin qarşısı alınıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, özünü öldürmək istəyən şəxs polis əməkdaşları tərəfindən xilas edilib.

Gecə saatlarında əlində bıçaq olan naməlum şəxs beşmərtəbəli binanın damına çıxaraq özünü oradan atmaq istəyib. Məlum olub ki, özünü öldürmək istəyən şəxs 1995-ci il təvəllüdlü Sadıqov Cavid Sevindik oğludur. Onun 17 yaşlı qardaşı Emin də bu ilin iyunun 21-də özünü binanın damından ataraq intihar edib.

İntihar etmək istəyən şəxs əlindəki bıçaqla özünə xəsarət yetirib. Bu zaman polis əməkdaşları onu saxlayaraq aşağı endiriblər və həkimlərə təhvil veriblər. Bəzi məlumatlara görə, Cavid özünü atmaq istəyərkən sərxoş olub.

Report xəbər verir ki, C.Sadıqov qardaşının intiharı ilə bağlı düzgün araşdırma aparılmamasına etiraz edib.

 

 

33
Teqlər:
intihar cəhdi, bıçaq, Binə qəsəbəsi, etiraz, bina
Əlaqədar
Azərbaycanda uşaqlar niyə intihar edir? – Səhiyyə Nazirliyi açıqladı
Saakaşvili intihar etmək istəyir - VİDEO
Hacı Məmmədovun intihardan öncəki məktubu üzə çıxdı: "Üzr istəyirəm..."
Prokurorluq təsdiqlədi: Hacı Məmmədov intihar edib
Özü intihar etmişdi, əmlakı müsadirə edildi