tapança

Polis əməkdaşı əvvəl arvadını, sonra özünü öldürüb

555
(Yenilənib 10:30 14.12.2017)
Arvad hadisə yerində, ər isə xəstəxanada dünyasını dəyişib

BAKI, 14 dekabr — Sputnik. Türkiyənin Sivas bölgəsinin Suşehri rayonunda polis əməkdaşı Oğuzhan Küpeli müəllim həyat yoldaşı Məryəm Küpelini tapança ilə vurub öldürəndən sonra intihar edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, polis məmurunun evindən silah səsləri eşidən yaxınlıqdakı şəxslər polisə məlumat veriblər. Evə gələn polis qrupu Oğuzhan-Məryəm Küpeli cütlüyünün qan içində uzandığını görüblər.

Araşdırma zamanı Məryəm Küpelinin öldüyü məlum olub.

Oğuzhan Küpeli isə Suşehri Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Meryem Küpeli Atatürk orta məktəbində müəllim işləyirmiş. Cütlüyün iki azyaşlı uşağı var.
Hadisənin səbəbləri araşdırılır.

555
Teqlər:
Atatürk, intihar, polis, Sivas, Türkiyə
Əlaqədar
Bu görüntülər şoka saldı: Polis silahsız şəxsi güllələyir - Video
Polis rəisinin müavinini güllələyənlərdən yeni xəbər var
Azərbaycanda polis əməkdaşı elə bir əməl törətdi ki...
Naməlum şəxs iki polis zabitini güllələyib
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

84
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

84
Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb

4
(Yenilənib 23:53 05.08.2020)
Son 4 gün ərzində aktiv xəstələrin sayı 5 229-dan düşərək, hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

BAKI, 5 avqust – Sputnik. Avqustun 5-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 759 229-a çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 3 787-ə bərabərdir.

Avqustun 1-də isə aktiv xəstə sayı 5 229-a bərabər idi.

Xəstələrdən 255 nəfəri reanimasiyadadır ki, onlardan da 51-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, avqustun 5-də Azərbaycanda koronavirus infeksiyasına daha 193 yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

4
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər