Magistral yolda yeni geri dönmə hissə yaradılıb

Daha bir küçəmiz təmir edilir - Sürücülərin diqqətinə

42
(Yenilənib 16:33 12.12.2017)
Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır

BAKI, 12 dekabr — Sputnik. Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin təmiri işlərinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, yolun uzunluğu 820 metr, eni isə 2 hərəkət zolaqlı olmaqla ümumi ortalama 14 metr təşkil edir: "Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissəsinin asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə 12 sm qalınlığında olmaqla yolun 12 min m2 hissəsinin asflatlanması nəzərdə tutulub".

Nəcəflinin sözlərinə görə, bununla yanaşı küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülür. Təmir işləri çərçivəsində küçə boyu 1150 p/metr yeni səki daşları düzüləcək.

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlığı qoyulacaq, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılacaq.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır.

42
Teqlər:
asflat-beton örtüyü, genişlənmə, "Azəravtoyol" ASC, təmir, Anar Nəcəfli, yol
Əlaqədar
Azərbaycanda ağır yol qəzası: 4 nəfər öldü, 4 nəfər yaralandı
Dövlət başçısı yeni yolun təməlini qoyub
Əhalinin narazılığına səbəb olan yol nə vaxt açılacaq?
Sürücülərlə kobud rəftarın nəticəsi: Yüzlərlə yol polisi cəzalandırılıb
Əhalinin narahatlığına səbəb olan yolun təmiri başa çatır