Taksi

Xanım müştəri: "Maşını saxlayıb dedi ki..." - Bakıda qalmaqal

17743
(Yenilənib 15:46 12.12.2017)
Sürücü: "Yol boyu anladım ki, müştərinin pulu yoxdur, ona görə bəzi bəhanələr gətirir ki, pul verməsin"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan.

BAKI, 12 dekabr — Sputnik. Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biri də taksi biznesidir. Demək olar ki, hər il bir neçə yeni taksi şirkəti yaradılır. Maşını olan istənilən şəxs də rahatlıqla yeni yaranan şirkətlərə üzv olaraq asanlıqla taksi sürücüsü kimi çalışa bilir.

Ancaq təəssüflər olsun ki, taksi sürücülərinin heç də hamısı öz işini, vəzifələrini mükəmməl bilmir. Və bu da tez-tez müştərilərin haqlı şikayətlərinə səbəb olur. Eynən Sputnik Azərbaycan-a daxil olmuş, haqqında danışacağımız şikayət kimi.

Şikayətçi Səbinə Əliyeva iddia edir ki, 25 noyabr tarixində "Taxify" şirkətindən Xırdalan şəhəri N.Gəncəvi küçəsindən Bakı şəhəri Atatürk pr. 39-a getmək üçün taksi sifariş edib. Sürücü Emil Nikolayeviç uzun məsafəli yolla sürərək müştərinin vaxtını alıb.

Xanım sərnişin sürücüyə uzun yolla getdiyini bildirəndə taksi sürücüsü maşını dayandırıb və müştəriyə deyib ki, "xoşun gəlmir, düş, başqa taksi ilə get". Səbinə Əliyeva sürücüyə etiraz edərək ünvana çatdırılmasını tələb edib. Sonra sürücü yenə də uzun yolla getməyə davam edib.

Müştəri bir daha etiraz edib və sürücüdən nəyə görə bələdçinin göstərdiyi kimi sürmədiyini soruşub. Bu an sürücü maşını dayandırıb. Ona pula görə belə etdiyini deyib: "Mənə pul lazım deyil, düşün, başqa taksi ilə gedin".

Sürücü bu sözləri deyəndən sonra hələ marketə də girib. Nəhayət, taksi sürücüsü Atatürk prospektində yerləşən yeraltı tunelin yanında maşını saxlayıb, Səbinə Əliyevaya deyib ki, "bələdçi buranı göstərir, çatmışıq, düşün". Bir sözlə, müştərini mənzil başına çatdırmayıb.

Sputnik Azərbaycan-ın əməkdaşı sürücü Emil Nikolayeviçdən yaranmış problemə aydınlıq gətirməsini istəyib. O bildirib ki, müştəri hara gedəcəyini bilmirdi: "Xanıma "dəqiq ünvanı söyləyin" dedim, amma mənə konkret ünvan demədi. Mən yolu uzatmamışam. Sadəcə Səbinə Əliyeva telefona baxdığı üçün yoldakı tıxacı görə bilməyib".

"Yolda maşınlar sıx olduğu üçün başqa yolla getməli oldum. O ki qaldı dükan məsələsinə, mən maşını saxlayıb müştərini düşürən zaman marketə getmişəm. Yolboyu anladım ki, müştərinin pulu yoxdur, ona görə bəzi bəhanələr gətirir ki, pul verməsin" — sürücü iddia edib.

Sputnik Azərbaycan məsələ ilə bağlı "Taxify" şirkətinə də sorğu göndərib. Şirkət məsələyə belə aydınlıq gətirib: "Çox təəssüf edirik ki, sürücümüz belə təəssürat yaradıb. Biz hər həftə bütün sürücülərə təlim və məlumat xarakterli mesajlar göndəririk. Sözügedən sürücünün reytinqi yüksəkdir. Cədvəldə 4.95 bal göstərir. Bu da müştərilərin dəyərləndirməsi nəticəsində yığılan baldır. Buna baxmayaraq, məsələyə aydınlıq gətirəcəyik, şirkət tərəfindən müvafiq tədbir görüləcək".

17743
Teqlər:
"Taxsify" şirkəti, ünvan, müştəri, Sputnik Azərbaycan, maşın, taksi, pul, Azərbaycan, sürücü, avtomobil
Əlaqədar
Dözə bilməyib taksidə doğdular
Bakıda taksilər yeni ödəniş sisteminə keçdi
Taksi sürücüsü həmcinsini zorladı
Bakıdakı taksi şirkəti sərnişinləri narahat edən məsələyə aydınlıq gətirdi
Bakıda fəaliyyət göstərən şirkət uçan taksi xidmətinə başlayacaq
Taksi sürücüləri nə qədər qazanır və müştəriyə nə qazandıra bilirlər?
Bakıda tibbi maska taxmış şəxs, arxiv şək

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

0
(Yenilənib 12:09 30.10.2020)
Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz təşkil edib.

BAKI, 30 oktyabr — Sputnik. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın "koronavirus.info" saytına istinadən məlumatına görə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

0

Uşaq bağçalarında tədris bərpa edilmir

12
"Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur"

BAKI, 30 oktyabr — Sputnik. Məktəbəqədər təhsil müəssisələri və uşaq bağçalarının fəaliyyəti ənənəvi formada bərpa edilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, azyaşlı uşaqlara xüsusi qayğının onlayn göstərilməsi məqbul hesab edilmir: "Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur".

E.Əmrullayev şagird yerdəyişməsindəki fasiləyə də aydınlıq gətirib. O bildirib ki, bu, növbəti həftədən aradan qaldırılacaq: "Əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik qeydə alınsa da, növbəti həftələrdən sistemin işə salınması mümkün olacaq".

12
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan Gorusdan Qubadlını atəşə tutur

0
Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur

BAKI, 30 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri Gorus rayonu ərazisindən Qubadlı rayonunu artilleriya atəşinə tutur. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur", - deyə Nazirliyin yaydığı məlumatda bildirilir.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə