Yenibar Əsgərov

Ağır "sürpriz"lə qarşılaşan həmyerlimiz indi özü sürprizlər edir

813
(Yenilənib 10:14 12.12.2017)
"Həmdərdlərimə demək istəyirəm ki, qarşılarına məqsəd qoysunlar, o zaman fiziki məhdudiyyətin heç nəyə əngəl olmadığını görəcəklər"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Onun hələ iki yaşı olanda ayaqları inkişafdan dayanıb. Bildirdiyinə görə, körpəliyində düzgün peyvənd edilməməsi onu ömürlük fiziki qüsurlu hala salıb.

Lakin hər kəs kimi gəzə, qaça bilməməyi özünə problem etməyib. Qoltuq ağacları ilə yeriməyi bacardığından əlil arabasından da imtina edib. Oturaq həyatı istedadı ilə birləşərək onu sənətkara çevirib. Birinci qrup əlil olmasına baxmayaraq, məhz bu sənəti sayəsində də ailəsinin bütün məsuliyyətini çiyinlərində daşımağa çalışır.

27 yaşlı müsahibimiz Yenibar Əsgərov Tovuz rayonunun Qovlar qəsəbəsində yaşayır. 7 il əvvəl tullantılardan suvenirlər yaratmağa başlayıb. Əvvəl hobbi olaraq başladığı iş, sonradan daxili ehtiyaca və dolanışıq mənbəyinə çevrilib.

Yenibar Əsgərov
© Sputnik / Ilham Mustafa
Yenibar Əsgərov

Sənəti haqda Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan usta, işləyərkən stressdən uzaq olduğunu, ağlına yalnız xoş düşüncələr gəldiyini, ən əsası vaxtının sürətlə keçdiyini bildirir. Məhz vaxtını tez və mənalı keçirmək üçün ən çox üzərində saat olan suvenirlərə üstünlük verir.

"İşlətdiyim xammala, demək olar ki, pul xərcləmirəm, hamısı tullantılardır. Qohum-əqrəba, dost-tanışlar sağolsunlar, yığıb gətirirlər. Yaxınlıqda avtomobil təmiri sexindən də işlənmiş avadanlıqlar götürürəm. Üzərində işləyib hər birinin formasına uyğun ayrı-ayrı suvenirlər hazırlayıram" — Yenibar danışır.

İşlərində ona ən çox kömək edən qohumu Ömərdir. Evin pilləkənlərini əlində əşya ilə qalxa bilmədiyindən onların daşınması, lazım olan alətlərin çatdırılmasında yardımçı olan Ömər artıq özü də usta səviyyəsinə gəlib.

Yenibar Əsgərovun düzəltdiyi suvenir
© Sputnik / Ilham Mustafa
Yenibar Əsgərovun düzəltdiyi suvenir

Sənətkarın beyni ideyalarla dolu olsa da, hazırladığı suvenirləri evdə yığmağa yer tapmır. Fiziki durumu düzəltdiklərinin satışını həyata keçirməyə imkan vermədiyindən vaxtaşırı işini dayandırmağa məcbur olur. Ən çox maddi deyil, mənəvi dəstəyə ehtiyacı olduğunu deyən usta əşyalarını tanıdan, satışını təşkil edə biləcək adamlara çox ehtiyacı olduğunu bildirir.

"Əl işlərinin qiyməti olmaz" — deyən sənətkar məhsullarının baha olmadığını, qiymətlərin 10-30 manat arası dəyişdiyini söyləyir.

Bütün bazarları zəbt edən Çin istehsalı suvenirlərlə öz məhsullarını müqayisə edən Yenibar Əsgərov onlarda heç bir təbiilik və xüsusilik olmadığını, buna baxmayaraq 3-4 dəfə baha qiymətə satıldığını deyir.

O, Sputnik Azərbaycan vasitəsilə həmdərdlərini heç vaxt ruhdan düşməməyə də səsləyir: "Bizi özümüzdən başqa kimsə başa düşə bilməz. Həmdərdlərimə demək istəyirəm ki, hansısa işlə məşğul olsunlar, qarşılarına məqsəd qoysunlar. Fiziki məhdudiyyətin heç nəyə əngəl olmadığını görəcəklər".

813
Teqlər:
Qovlar qəsəbəsi, Yenibar Əsgərov, fiziki qüsur, tullantı, suvenir, Tovuz rayonu, Sputnik Azərbaycan, sənət, məhsul, qiymət
Əlaqədar
Masallılı usta qeyri-adi idman maşını düzəlti: “TOT AZ” 25 min manata başa gəlir
Əsl qeyri-adi qafqazlı...
Azərbaycanda quşların, heyvanların "dilini bilən" qeyri-adi adam yaşayır
Maddi sıxıntıdan qeyri-adi sənət doğuldu
Azərbaycanda qeyri-adi hadisə baş verib
Azərbaycanda qeyri-adi mərasim: ölülər gəlir, yeməklərin dadına baxır və…

İlham Əliyev: "Bu dəfə biz onlara növbəti dərs verəcəyik"

34
Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub

BAKI, 29 sentyabr — Sputnik. "Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən bildirib.

Azərbaycan Prezidenti bildirib: "Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik. Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək".

34
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Çavuşoğlu: "Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik"
Müdafiə Nazirliyi: "Madagizdəki erməni əsgərlər döyüşə girməkdən imtina edirlər"
XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam riayət edir
Hikmət Hacıyev dünyanın aparıcı KİV-lərini Qarabağ döyüşləri barədə məlumatlandırdı
Rəsmi Bakı: Ermənistanın hərbi təcavüzü nəticəsində 10 mülki şəxs həlak olub
(1:26 / 9.10Mb / просмотров видео: 34)

"Ölənəcən savaşmağa hazırıq": Tovuz sakinləri hər an döyüşə atılmağa hazırdırlar VİDEO

46
Bu gün minlərlə vətəndaşımız göz qırpmadan Vətəni azad etmək uğrunda döyüşə atılmaq istəyir. Tovuz sakinlərinin tərəddüdsüz hazırlığını videomuzda izləyin.

İyul ayında baş verən Tovuz döyüşləri gənclərimizdə, eləcə də orta yaşlı nəsil arasında döyüş ruhunu yenidən alovlandırıb. Buna görə də gənclər, keçmiş döyüşçülər kütləvi şəkildə könüllü orduya getmək üçün müraciət edirlər.

Tovuz sakinləri Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə öz fikirlərini paylaşıb, hər an döyüşə hazır olduqlarını, işğal altında qalan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözlədiklərini bildiriblər. Onların cavablarını videomuzda izləyin.

46
Teqlər:
Tovuz, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi