Эмблема Бакинского метрополитена на стене станции Мемар Аджеми-2

Bakı Metropolitenində işçilərin işdən azad edilməsi ilə bağlıdır

125
(Yenilənib 10:12 12.12.2017)
Nəsimi Paşayev: "Artıq 50 nəfər buna razı olub və kompensasiyasını alaraq işdən gedib"

BAKI, 11 dekabr — Sputnik. "Bakı Metropoliteni" QSC-nin yeni metro stansiyalarının tikintisi ilə məşğul olan Tikinti Departamentində iş həcmi azaldığından işçilər işdən azad edilir. Bununla bir neçə işçi razılaşmayıb və etiraz edib.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevə müraciət etdik. Nəsimi Paşayev Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, qarşılıqlı razılaşma əsasında işçilər vəzifələrindən azad edilir: "İşçilərə qurum tərəfindən təklif olunub ki, onlara orta aylıq əmək haqqının 2 misli qədər kompensasiya ödənilsin və qarşılıqlı razılaşma əsasında işdən azad edilsinlər, özlərinə iş tapana qədər əllərində pul olsun. Gələcəkdə iş həcmi artarsa, yeni stansiyaların inşasına başlanarsa, yenə həmin adamlar işlə təmin ediləcək. Artıq 50 nəfər buna razı olub və kompensasiyasını alaraq işdən gedib".

Buna baxmayaraq, metropolitenin təklifi ilə razılaşmayanlar da az deyil. N.Paşayev bildirib ki, onların sayı təxminən 10 nəfərdir: "Bu adamlar təklifi qəbul etmək istəmir və qanunvericiliyə uyğun olaraq ştatda qala bilərlər. Amma onlara maaş ödənilməyəcək. Onu da deyim ki, bu, tarixən həmişə belə olub. Maliyyə vəsaiti azalanda metro tikintisində iştirak edən işçilərə bu təklif edilir, çünki iş yoxdur".

Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, bu məsələdə işçilərin sosial vəziyyəti nəzərə alınır: "Şəhid ailələrinə, məcburi köçkünlərə xüsusi yanaşılır. Həmçinin əgər bir ailədən iki nəfər varsa, bunlardan biri işdə saxlanılır".

125
Peyvənd, arxiv şəkli

Peyvəndləmənin üçüncü mərhələsi bu şəraitdə keçəcək

6
(Yenilənib 00:28 16.08.2020)
Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

BAKI, 16 avqust — Sputnik. Koronavirus peyvəndi sınaqlarının üçüncü mərhələsi ambulator şəraitdə keçiriləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bütün könüllülər prosedur üçün evdən gələcəklər. Peyvəndləmə və araşdırmadan sonra isə, geri qayıdacaqlar.

Peyvəndləmə iki mərhələli aparılır. Əvvəlcə antitel səviyyəsinin ölçülməsi üçün qan götürülür. Daha sonra peyvəndin birinci hissəsi vurulur. İkinci iynə isə 21 gündən sonra vurulur. Bundan öncə də qan yoxlanılır. Üç həftədən sonra könüllülər yenidən qan verirlər. Həkimlər antitel artımı müəyyən edir.

Xatırladaq ki dünyada koronavirusa qarşı ilk peyvənd Rusiyada avqustun 11-də qeydə alınıb. Peyvənd "Sputnik –V" adlandırılıb.

Rusiya alimləri infeksiayaya qarşı preparatın yaradılmasına 5 ay vaxt sərf edib.

6
Finlandiyada epidemioloji vəziyyət

Bu ölkədə rəqəmlər yenidən artdı - 45 yoluxma faktı hökuməti hərəkətə keçirdi

4
(Yenilənib 23:20 15.08.2020)
Baş nazir hər kəsin maska taxmasının vacibliyini vurğulayaraq az gəlirli ailələrə bələdiyyələr vasitəsilə pulsuz maka paylanılacağına diqqət çəkib.

BAKI, 15 avqust — Sputnik. Finlandiya hökuməti bütün dünyada 20 milyon şəxsin yoluxduğu, 750 min nəfərin isə dünyasını dəyişdiyi koronavirus pandemiyasını önləmək üçün yenidən təcili addımlar atmalı olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına isitnadən xəbərinə görə, belə ki, ölkənin baş naziri Sanna Marin və səhiyyə üzrə baş mütəxəssislərdən biri olan Mika Salminenin birgə təşkil etdiyi mətbuat konfransında bildiirlib ki, son 2 həəftədə ölkədə COVID-19-la bağlı rəqəmlərlə artım qeydə alınıb. Marin bildirib ki, xaricdən, xüsusən də virusun daha çox tüğyan etdiyi "qırmızı bölgə"dən gələn şəxslər  məcburən 14 gün karantində qalacaqlar.

Baş nazir hər kəsin maska taxmasının vacibliyini vurğulayaraq az gəlirli ailələrə bələdiyyələr vasitəsilə pulsuz maka paylanılacağına diqqət çəkib.

Baş nazir bildirib ki, virusdan qorunmağın ən yaxşı yolu, əlləri tez-tez yumaq, gigiyenik qaydaları qorumaqır.

Qeyd edək ki, son sutkada ölkədə 45 nəfərdə COVID-19-un aşkarlanması Finlandiya hökumətini həyəcan siqnalı çalmağa vadar edib.

4