BAKI, 6 dekabr — Sputnik. Cəzaların İcrası Məcəlləsinin 178-ci maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət) və 182-ci maddəsinə (Şərti məhkum edilmiş şəxslərin məsuliyyəti) dəyişikliklər edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasənn, 178.7-ci maddədə "Otuz" sözü "On" sözü ilə əvəz edilib və "edilməyən" sözündən sonra "və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, onun işinə işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan" sözləri əlavə olunub.
Mövcud maddədə deyilir ki, "otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir".
Təklif olunan variantda isə deyilir ki, "on gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, onun işinə işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir".
Digər dəyişiklik həmin məcəllənin 182-ci maddəsinə (Şərti məhkum edilmiş şəxslərin məsuliyyəti) edilib. Dəyişikliyə əsasən, 182.5-ci maddədə "Otuz" sözü "On" sözü ilə əvəz edilib və "edilməyən" sözündən sonra "və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan" sözləri əlavə olunub.
Mövcud mətndə deyilir ki, "otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir".
Təklif olunan variantda isə deyilir ki, "on gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir".
Dəyişikliklər "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar təklif edilir.
Dəyişikliklər ötən həftə Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib.
BAKI, 5 mart — Sputnik. Bakıda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasında yanğın olub. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, fevralın 24-də, Bakıya güclü qar yağan gün Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yeddimərtəbəli yataqxana binasının damında ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 m² sahədə yanmışdı.
“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sputnik Azərbaycan xəbər verir ki, hərbçilərin maaşlarına edilən əlavələri şərh edən hərbi ekspert Emin Həsənli bu əlavələrin bərpa edilmiş sərhəd zonalarında xidmət edən, həmçinin Qarabağın içində Rusiya sülhməramlı qüvvələrinin olduğu ərazidə xidmət aparan hərbi qulluqçulara şamil ediləcəyini bildirib:
“Ali Baş Komandan və vitse-prezident bu şəxslərə xüsusi diqqət göstərir. Onların qayğısı nəticəsində digər məsələlərin həll olunmasının şahidi olacağıq. İyirmi ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçular mənzillərlə təmin edilir. Yaxın illərdə mənzilsiz hərbi qulluqçu, şəhid ailəsi qalmayacaq”.
Emin Həsənlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz