Yuxusuzluq

Yuxudan doymamağın səbəbi nədir?

169
(Yenilənib 11:06 05.12.2017)
Rəqəmsal medialar getdikcə uşaqların həyatına daha çox sirayət edir

BAKI, 5 dekabr — Sputnik. Qadjetlərin insan yuxusuna təsiri istiqamətində aparılmış tədqiqatların əksəriyyətinin nəticələrinə görə, uşaq və yeniyetmələrin sağlamlığına ən çox zərər verən smartfonlar, noutbuklar və planşetlərdir. Sputnik Azərbaycan publika.az-a istinadən bildirir ki, məqalə "Pediatrics" jurnalında dərc edilib.

"Beynimizin əsas xronometri işıqdır. Axşam saatlarında işığın gözümüzün tor qişasına daxil olması nəticəsində melatonin qatılığı kəskin şəkildə azalır və beləliklə yatmaq istəyi aradan qalxır, dövri ritmlərdə pozğunluq baş verir. Uşaqların göz bəbəyinin böyüklərə nisbətən daha iri, göz büllurunun isə daha şəffaf olduğu üçün uşaqlarda işığa qarşı həssaslıq daha çoxdur" – tədqiqatın müəlliflərindən olan, Boulderdə yerləşən Kolorado universitetinin fiziologiya bölməsinin dosenti Monik LeBurjua (Monique K. LeBourgeois) izah edir.

Ekranlı qurğuların 5 yaşdan 17 yaş arası uşaqların sağlamlığına təsirinə həsr olunmuş 50-dən çox elmi işin nəticələrinə görə, ekran qarşısında daha çox vaxt keçirən uşaqların yuxusunda pozuntular baş verir.

LeBurjua, həmçinin qeyd edir ki, əvvəlki təcrübələrin nəticələrinə əsasən, eyni işıq mənbəyinin təsiri nəticəsində uşaqlarda melatonin qatılığının böyüklərə nisbətən iki dəfə daha sürətli azalır. "Yuxu hormonunu" daha çox pozan bütün mobil qurğulardan gələn qısadalğalı "mavi işıqdır".

Özü də dövri ritmlərin pozulması təkcə qadjetlərin göz önündə saxlanılması nəticəsində baş vermir: yataq otağında telefon və ya noutbukun olması belə kifayətdir.

Məsələn, səkkiz yaşa qədər olan uşaqlar orta hesabla gündə 48 dəqiqə ekran qarşısında keçirir. Valideynlər çox vaxt buna etiraz etmir, hətta əksinə, yatmazdan əvvəl uşaqlar üçün cizgi filmləri qoşurlar.

Məktəbəqədər yaş dövrü uşaq inkişafının son dərəcə həssas dövrüdür. Rəqəmsal medialar getdikcə uşaqların həyatına daha çox sirayət edir və tədqiq olunmamış hələ çox məqamlar var.

Yeniyetmələrdə isə yuxudan doymama əksər hallarda yatmazdan əvvəl, məsələn, zorakılıq kimi "aqressiv elementi" olan səhnələrə baxmalarından irəli gələ bilər. Yuxunu, həmçinin müxtəlif messencerlərdə dostlarla yazışma da ləngidir.

Alimlər valideynlərə uşaqlarına yatmalarına bir saat qalmış mobil telefon verməməyi, yuxu və istirahət dövründə, özününküləri də daxil olmaqla, bütün elektron qurğuları söndürməyi, onları başqa otaqda enerji ilə yükləməyi və uşaqlar yatdığı otaqlarda heç bir qadjet saxlamamağı tövsiyə edir.

169
Teqlər:
"Yuxu hormonunu", "Pediatrics", yuxusuzluq, qadjetlər, işıq
Əlaqədar
Alimlər hansı yuxunun daha faydalı olduğunu açıqlayıblar
Qorxulu yuxular beyin xəstəliyinin əlamətidir
"Yuxum"a 400 nəfər gəldi
Yuxusuzluq problemi olanlar bu xəbəri mütləq oxusun
Yuxusuzluq beynin fəaliyyətini pozur
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

2
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

2
Koronavirus testi, arxiv şəkli

Ölkədə daha 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb

13
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.

13