Bakıda DYP avtomobili. Arxiv şəkli

Sürücülərlə kobud rəftarın nəticəsi: Yüzlərlə yol polisi cəzalandırılıb

565
(Yenilənib 18:21 04.12.2017)
Kobud rəftara yol verən DYP əməkdaşları xidmətdən xaric olunub

BAKI, 22 noyabr — Sputnik. Yol polisi əməkdaşlarının vətəndaşlara qarşı kobud davranışları son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Bununla bağlı vətəndaşlar tərəfindən tez-tez sosial şəbəkələrdə video-görüntülər paylaşılır.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev

Bəs, vətəndaşları narazı salan, onlarla kobud davranan DYP əməkdaşları ilə bağlı hansı tədbirlər görülür? Məsələn, son bir ildə neçə nəfər yol polisi bu cür davranışlarından dolayı cəzalandırılıb?

Bununla bağlı Sputnik Azərbaycan-a açıqlama verən Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu cür hallara qarşı intensiv mübarizə aparılır.

"2016-cı ildə 712 nəfər Dövlət Yol Polisi əməkdaşı sürücülərin hüquqlarını pozduğuna, kobud rəftara yol verdiyinə və digər səbəblərə görə intizam qaydasında cəzalandırılıb. Həmin müddətdə 43 nəfər xidmətdən xaric olunub, 9-u tutduğu vəzifədən azad edilib, 660 əməkdaşa isə digər intizam tənbehləri verilib" — K.Əliyev bildirib.

Cari ilin rəsmi statistikasına gəldikdə isə, şöbə rəisi diqqətə çatdırıb ki, 2017-ci ilin statistikası ilin yekununda müəyyən olunacaq.

565
Teqlər:
RBDYPİ, Respublika Baş Dövlət Yol Polisi İdarəsi, Kamran Əliyev, DYP, yol polisi, sürücü, cəza
Əlaqədar
Sürücülərə xoş xəbər: DYP geri çəkildi, məhdudiyyətlər ləğv edildi
Şəxsi məlumatlarımızın oğurlanmasında günahkar kimdir: DYP, yoxsa agentlər?
DYP bəyan edir: "Onun hərəkətini kimsə qadağan edə bilməz"
DYP xəbərdarlıq edir: Köhnə avtomobillərlə şəhərə çıxmaq qanun pozuntusudur
DYP sistemində dəyişiklik edilib
Yol polisi ilə bağlı daha bir qalmaqallı video ortaya çıxdı
Sürücünün başını "partladan" yol polisi danışdı - VİDEO
Yol polisindən olub-olacaqlar barədə açıqlama