İtkin düşən neftçinin ailəsi

İyirmi dörd illik kabusun sonu hər şey qorxulan kimi oldu

2293
(Yenilənib 10:47 04.12.2017)
"Günəşli" yatağında baş verən qəzada dünyasını dəyişmiş 30 neftçinin xatirəsinə həsr edilir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. İki il öncə… 4 dekabr 2015-ci il tarixində "Günəşli" yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə qəza oldu. Həmin məşum gecə platformada 63 nəfər işçi var idi. Onlardan 33 nəfəri xilas edilmişdi. 30 nəfər isə tüğyan edən Xəzərin sularına qərq olmuşdu…

Həmin şəxslərdən 12-sinin cəsədi tapılıb. Amma 18 nəfərdən bu günə qədər xəbər yoxdur. O gecə 30 ailənin ümidini qırdı, gözünü yolda qoydu. Quliyevlər ailəsi kimi…

Əzizağa Quliyev ömrünün 24 ilini dənizə həsr etmişdi. 1991-ci ildən dənizdə çalışmağa başlayan Ə. Quliyev 2005-ci ildən Günəşli yatağında elektrik kimi çalışırdı. Dənizdən qorxsa da, ailəsini, övladlarını daha yaxşı saxlamaq üçün bu işi seçmişdi.

Həyat yoldaşı Nailə Quliyeva deyir ki, o heç vaxt iş yerinə gəmi ilə getməzmiş. Çəkinərmiş sulardan. Sanki hiss edirmiş ki, həyatı sularda bitəcək.

Noyabrın 22-də ailəsi ilə sağollaşıb yenidən dənizə gedib. Nədənsə, çantasını avtomobilinə qoyub, geri qayıdıb. Sonuncu dəfə evinə, ailəsinə baxıb "xudahafiz" deyib.

Nailə xanım indi o günləri göz yaşları içində yada salır. Deyir ki, hələ də həyat yoldaşının ölümünə inana bilmir. Elə bilir ki, Əzizağa haradasa uzaqlarda dayanıb onlara baxır. Ölümü yaraşdırmır ona Nailə xanım.

Qızı Kübra Quliyeva da atasından yana-yana danışır. Göz yaşları onu boğsa da, ara-sıra gülümsünüb, atası ilə bağlı xatirələrini dilə gətirir: "Atam, atam, atam…" deyir, dilindən düşmür.

Bu gün dünyasını dəyişməsinin 2 ili tamam olacaq Əzizağa Quliyevin Zirə qəsəbəsindəki evində idim. Övladları, dostu, qaynı və qardaşı ilə onu bir daha yad etdik, göz yaşları ilə, həsrətlə…

  • Əzizağa Quliyevin ailəsi
    Əzizağa Quliyevin ailəsi
    © Sputnik / Irade JELIL
  • Əzizağa Quliyevin ailəsi
    Əzizağa Quliyevin ailəsi
    © Sputnik / Irade JELIL
  • Əzizağa Quliyevin ailəsi
    Əzizağa Quliyevin ailəsi
    © Sputnik / Irade JELIL
  • Əzizağa Quliyevin ailəsi
    Əzizağa Quliyevin ailəsi
    © Sputnik / Irade JELIL
  • Əzizağa Quliyevin qəbri
    Əzizağa Quliyevin qəbri
    © Sputnik / Irade JELIL
  • Əzizağa Quliyevin qəbri
    Əzizağa Quliyevin qəbri
    © Sputnik / Irade JELIL
1 / 6
© Sputnik / Irade JELIL
Əzizağa Quliyevin ailəsi

Həyat yoldaşı Nailə Quliyevanın sözlərinə görə, Əzizağa Quliyev həmişə dənizə gedəndə övladlarını ona tapşırıb gedərmiş: "Həmişə uşaqları, bir də kiçik qardaşı Şamili mənə tapşırardı. Deyirdi ki, nə edirsən, et, amma çalış ki, Şamil həmişə bu evə gəlsin. Sonuncu dəfə də tapşırıqlarını verdi və getdi. Kaş ki getməzdi…"

Hər dəfə "atam" deyəndə gözləri dolan qızı Kübra deyir ki, sonuncu dəfə atası ilə o danışıb. Elə həmin gün — dekabrın 4-ü, saat 5-də. Ölümündən bir neçə saat əvvəl…

"Hamıya zəng edibmiş. Bir az narahat idi. Görünür, nəsə hiss edibmiş. Dedi ki, vəziyyət yaxşı deyil. Sonuncu dəfə səsimizi eşitmək istəyirmiş. Bu, onunla son danışığımız oldu. Sonra bir də atamı 1 ay sonra gördüm. Daha doğrusu, görmədim, bildim ki, gətirilən mənim atamdır. Səsimi çıxara bilməsəm də, ürəyim parça-parça idi. Daha atam yox idi həyatda. Atasız idim…" — Kübra danışır.

Əzizağa Quliyev (mərkəzdə)
© Foto Ə.Quliyevin ailə üzvləri tərəfindən təqdim olunub
Əzizağa Quliyev (mərkəzdə)

Dediyinə görə, atasının ölümünü əvvəlcə onlara bildirməyiblər: "Biz internetdən, televiziyalardan məlumat öyrənə bilirdik. Əvvəlcə ümidimiz vardı. Sonra qardaşıma qaynı zəng edib, yataqda yanğın olduğunu deyib. Qardaşımın qaynı üzbəüz blokda çalışırdı. Ayın 5-i günortadan sonra bizə belə hadisə baş verdiyini dedilər və biz dəniz vağzalına getdik".

"Dedilər ki, "sizin atanız da yaralılar arasındadır". Vağzalda bizi yaxına buraxmırdılar. Yaralılar Təcili Tibbi Yardım maşınlarıyla daşınırdı. Atam isə onların arasında yox idi. Kor-peşman geri qayıtdıq. Ertəsi gün artıq ailə üzvləri haqqında məlumatlar yığılırdı. Artıq hamımız bilirdik, amma heç kim səsini çıxarmırdı. Çünki inanmaq istəmirdik. Atamın cəsədi bir ay sonra tapıldı…" — Kübra bildirir.

Əzizağa Quliyev (solda) neftçi yoldaşları ilə toy mərasimində, 10 mart 2013-cü il
© Foto Ə.Quliyevin ailə üzvləri tərəfindən təqdim olunub
Əzizağa Quliyev (solda) neftçi yoldaşları ilə toy mərasimində, 10 mart 2013-cü il

Hacı Əzizağa Quliyevin dostu Hacı İdris deyir ki, onunla gənc vaxtlarından dostluq edib: "O vaxtlar Hacı "Təzə Pir" məscidində çalışırdı. Mən bütün sirlərimi ona danışırdım. Hacı dənizdə işləməyə başlasa da, mənə yenə vaxt ayırırdı. Biz görüşür, dərdləşirdik. Mən qardaşlarıma deyə bilmədiyimi Hacı ilə bölüşürdüm. Həmin gecə Hacıya bir neçə dəfə zəng elədim. O, mənə hər zaman cavab verərdi. Cavab verməyəndə anladım ki, ona nəsə olub".

Əzizağanın qaynı Namiq Quliyevin sözlərinə görə, o, ailənin, nəslin sayılıb-seçilən kişilərindən olub: "O, dindar idi, amma fanat deyildi. Bir dəfə özü haqqında danışırdı. Mən də dedim ki, "Hacı mən də günah etməmişəm, mənim səndən fərqim nədir ki?" Hacı cavab verdi ki, "mənim 60 yaşım var, bu günə qədər qısaqol köynək geyməmişəm". Belə adam idi Hacı".

Əzizağa Quliyev iş yoldaşları ilə toy mərasimində, 18 aprel 2014-cü il
© Foto Ə.Quliyevin ailə üzvləri tərəfindən təqdim olunub
Əzizağa Quliyev iş yoldaşları ilə toy mərasimində, 18 aprel 2014-cü il

Qardaşı Oqtay Quliyevin sözlərinə görə, məlum hadisədən 1 ay sonra Əzizağanın nəşi Türkmənistandan tapılıb. Həmin müddət ərzində ailəsi hələ də ümidlə yaşayırmış: "O, çox gözəl insan idi. Düşünə bilmirdik ki, onun başına nəsə gələ bilər. Ümid edirdik ki, həyatda etdiyi yaxşılıqlar onu qoruyacaq. Biz elə düşünürdük ki, o, haradasa sağdır, bizi görür, amma xəbər verə bilmir ki, sağdır".

O.Quliyev deyir ki, qardaşı hər şeyi öncədən hiss edə bilirmiş: "Bəlkə də ölümünü də hiss edirmiş. Amma hiss etsəydi də, dilinə gətirməzdi".

Hacının qardaşı göz yaşlarını saxlaya bilmir, hönkür-hönkür ağlayır…

Hacı Əzizağa Quliyevin 40 illik dostu Eldar Həsənov da onunla bağlı xatirələrini dilə gətirir. Deyir ki, hər zaman uzaq səfərlərə gedəndə mütləq Hacı ilə görüşürmüş: "O, məni hər dəfə "Quran" altından keçirəndə arxayın olurdum ki, hər şey qaydasında olacaq. Onu bu qədər tez itirəcəyimizə inana bilməzdim".

Qeyd edək ki, Hacının ölümündən sonra iki nəvəsi dünyaya gəlib. Oğlu Nuhbala Quliyevin övladına elə Əzizağa adı veriblər…

2293
Teqlər:
Kübra Quliyeva, Nailə Quliyeva, Hacı Əzizağa Quliyev, ailə, "Günəşli" yatağı, Xəzər, ata
Əlaqədar
İtkin neftçilərdən birinə aid olduğu ehtimal olunan meyit tapılıb
İtkin düşmüş neftçilərlə bağlı mühüm xəbər gəldi
Daha bir itkin neftçinin meyiti tapıldı
İtkin neftçiləri axtaran qrup dənizdən kişi meyiti aşkarladı
İtkin neftçinin atası: "Həyatda heç kimim qalmadı"
Dənizdən meyit tapıldı - itkin neftçilərdən biri ola bilər
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

1
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

1
Teqlər:
dəstək, proqram, teatr
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

11
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

11
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Şuşa, arxiv şəkli

Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalıdır

0
(Yenilənib 23:43 23.11.2020)
Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarında gəlir gətirən sahələrin dərinləşdirilməsinə və inkişaf etdirilməsinə ehtiyac var.

BAKI, 23 noyabr — Sputnik. Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq prioritetləşdirilməlidir.

Sputnik Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ayhan Satıcının işğaldan azad olunmuş ərazilərin postkonflikt dövründə bərpa prosesinə dair şərhini təqdim edir:

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müzəffər Ordusunun qısa zaman ərzində işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən geri qaytarması bu ərazilərdə postkonflikt bərpa prosesinin başlanmasına zəmin yaratdı. Əzəli torpaqlarımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq və bərpa etmək üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarına və digər sərmayələrin cəlb edilməsinə struktural mexanizmin hazırlanması öz töhfəsini verəcək.

İnvestisiya tələb edən sahələr

Münaqişə zamanı dəyən zərərin postkonflikt bərpa prosesi bir çox sahələrin prioritetləşməsini tələb edir. Bu sahələrin münaqişədən sonra müəyyənləşdirilib bərpasına başlanılması prosesi kompleks mexanizmlər tələb edir. Beləliklə, beynəlxalq təcrübə onu göstərir ki, ilkin olaraq dəymiş zərəri müəyyənləşdirdikdən sonra minimum yaşayış səviyyəsinin təminatı prioritetdir. Minimum yaşayış səviyyəsinin təminatını nəzərdə tutan vacib amillər aşağıdakılardır:

- işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi

- elektrik enerjisinin təminatı

- kritik yol xətlərinin bərpası

- içməli su, sanitar qovşaqlarının və irriqasiya sistemlərinin bərpası

- ev/mənzil yaşayış sahələrinin bərpası və təminatı

- humanitar yardım məqsədləri üçün hava limanının bərpası.

İlkin mərhələdə bu sahələrə yönələn sərmayə sonrakı dövrdə sosial və iqtisadi canlanmaya dəstək olacaq. Ərazilərin minalardan təmizlənməsi sözügedən ərazilərə köçürüləcək əhalinin təhlükəsizliyi üçün ən vacib amildir. Bu prosesdən sonra kritik yol xətlərinin bərpası yaşayış sahələri arası gediş-gəlişi və digər vacib təminatların təchiz olunmasını asanlaşdıracaq. İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması prosesi isə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək. Yekun olaraq bu nəticəyə gəlmək olar ki, minimum yaşayış səviyyəsinin təminatı sonrakı prosesin, yəni ilkin sosial-iqtisadi inkişafın təzahürüdür.

İlkin sosial-iqtisadi inkişafın vacibliyi postkonflikt dövrdə insanların mərhələli şəkildə köçürülməsinə və yardım asılılığından qısa zamanda azad olmalarına gətirib çıxarır. Belə ki, təhsil, səhiyyə və telekommunikasıya obyektlərinin koordinasiyalı bərpası insanların adaptasiya prosesini sürətləndirəcək. Paralel şəkildə əhalinin məşğulluğunun artırılması məqsədilə kiçik və orta bizneslərin dəstəklənməsi, bilavasitə ev təsərrüfatlarının inkişafına səbəb olacaq təşəbbüslərin artırılması məqsədəuyğun olacaqdır. Bundan əlavə, iqtisadi canlanmaya töhfə verəcək bank və turizm sektorlarına da xüsusi diqqət göstərilməlidir. Son olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarında gəlir gətirən sahələrin dərinləşdirilməsinə və inkişaf etdirilməsinə ehtiyac var.

Sahələr üzrə maliyyə qoyuluşu

Maliyyə mənbələrinin çoxşaxəli olması münaqişədən sonra bərpa prosesinə ehtiyac olan sahələrin bir o qədər sürətli canlanması deməkdir. Sahələr üzrə olan araşdırmalarda beynəlxalq təşkilatlar, dövlət orqanları, özəl sektor, qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyətləri və sair kimi qurumlar münaqişə sonrası dövrdə ərazilərin bərpasında maraqlı tərəflər kimi çıxış edir. Təşkilatların mandatlarına uyğun olaraq maliyyənin cəlb edilməsi ən başlıca prioritetlərdən olmalıdır. Belə ki, Azərbaycanda keçirilən əksər sosial-iqtisadi layihələri cəmləşdirsək görərik ki, sahələr üzrə maliyyələşmə mümkündür. Birləşmiş Millətlərin Təşkilatının İnkişaf Proqramına (UNDP) istinadən, BMTİP və "ABAD" Şəki-Zaqatala iqtisadi zonalarında ailə təsərrüfatına dəstək proqramı keçirilməkdədir. Layihə çərçivəsində ailələrə maliyyə dəstəyi göstərilir, təlimlər keçirilir və ailə markasının yaradılmasına dəstək olunur. Bundan əlavə, Birləşmiş Millətlər Qaçqınlar Təşkilatının (BMqT) uzun müddət sürmüş "Kəhriz" layihəsi var. Layihənin əsas fəaliyyət dairəsi rayonlar üzrə kəhrizlərin reabilitasiya edilməsi və resurs mərkəzləri yaratmaq olub. Bilavasitə, bu proqram çərçivəsində yaşayış zonalarında içməli su təminatını və kənd təsərrüfatı sahələri üçün suvarma imkanları inkişaf etdirilib. Layihələrə əlavə olaraq, təhsil, səhiyyə və enerji sahələrində Avropa İttifaqının (Aİ) fövqəladə tranş proqramları olub. Həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) "Halo Trust" təşkilatı ilə birlikdə Qarabağ ərazisinin minalardan təmizlənməsi işlərinə cəlb olunub. Nəticədə, qeyd esilən mənbələrdən maliyyə cəlb olunması və bu maliyyənin işğaldan azad edilmiş ərazilərimizə strateji və koordinasiyalı yatırılması gələcək zamanda həmin ərazilərin iqtisadiyyatını Azərbaycanın ümumi iqtisadiyyatına reinteqrasiya edə bilər.

Dünya təcrübəsində sərmayələrin strateji və koordinasiyalı yatırılması dedikdə donor yaxud maliyyə koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bu üsulla, maliyyə qoyuluşuna ehtiyac sahələrin müəyyənləşməsinə, ehtiyacların doğru maliyyə mənbələrindən təmin edilməsinə və son olaraq sərmayə qoyuluşlarını düzgün sahələrə yönləndirilməsinə gətirib çıxaracaq.

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonasının potensialı

İşğaldan azad edilmiş ərazilərimizdə bir çox iqtisadi fəaliyyət sahələrinin inkişaf potensialı var. Kənd təsərrüfatı sahələrindən arıçılıq və maldarlıq potensialı Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər və Füzuli rayonlarımızda var. Cəbrayıl və Kəlbəcər ərazisində balıqçılıq sahəsini inkişaf etdirmək mümkündür. İpəkçilik üzrə Cəbrayıl rayonu və Şuşa şəhəri, taxılçılıq üzrə Kəlbəcər, Cəbrayıl, Tərtər, Qubadlı, Füzuli və Xocavənd rayonları böyük potensiala sahibdir. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində ət-süd məhsulları emalı üzrə Kəlbəcər, Tərtər və Füzuli, gön-dəri emalı üzrə Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonlarımız geniş potensiala sahibdir.

Dağ-mədən sənayesi üzrə Kəlbəcər və Zəngilan rayonlarımızda qızıl, mis, gümüş, civə və xromit ehtiyatları, Cəbrayıl rayonunda yerləşən "Yəşəm" və "Xalsedon" yataqları zərgərlik sahəsini inkişaf etdirməyə imkan verir. Əlavə olaraq, turizm sahəsinin inkişafına imkan verəcək gözəl guşələrimizdən olan Şuşa, Laçın və Kəlbəcərdə dağ turizmi, ekoturizm, müalicəvi turizm, mədəni turizm üçün yararlı sayılan digər rayon və şəhərlərimizin potensialından istifadə edərək Qarabağın iqtisadi dirçəlməsinə töhfə verə bilərik.

Onu da qeyd etmək gərəkdir ki, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonasının enerji potensialı çox yüksəkdir. Hidroenerji potensialı baxımından "Xudafərin", "Qız Qalası" su elektrik stansiyaları (SES) və "Tərtər" SES-i nümunə göstərmək olar. Həmçinin Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında günəş enerji potensialı, Qarabağın dağlıq hissələri, əsasda Kəlbəcər və Laçın rayonlarında külək enerji potensialı, geotermal enerji resurslarımız isə Kəlbəcər və Şuşada geniş yayılıb.

Bütün bu enerji ehtiyatlarının və digər sənaye sahələrinin inkişaf etdirilməsi üçün bir çox sahələrdən investisiya qoyuluşları cəlb etmək mümkündür. Beynəlxalq təcrübədə göstərilir ki, risklərin hesablanması sənaye və enerji sahəsində qoyulan birbaşa xarici investisiyalarda öhdəsindən gəlinən təhlükə kimi nəzərə alınır. Bu səbəbdən bir çox beynəlxalq şirkətlər postkonflikt dövründə sənaye və enerji sahəsinə investisiya yatırımlarına müsbət baxır.

Diaspor investisiya qoyuluşu

Postkonflikt dövrdə münaqişədən yeni çıxan ərazilərə investisiya cəlb etmək kifayət qədər çətin bir prosesdir. İnvestisiya qoyuluşlarında məlumat mövcudluğu dərəcəsi qoyulacaq investisiya ilə düz mütənasibdir. Bu o deməkdir ki, ərazi ilə bağlı nə qədər çox məlumat olarsa, investorların marağını bir o qədər çox cəlb edə bilər.

Digər sərmayə qoyuluşu

Münaqişədən sonrakı dövrdə ərazilərdə texnologiya sahəsinə cəlb edilməsi düşünülən sərmayələri vençur kapital yaxud kraudfandinq yolu ilə artırmaq olar. İlkin səviyyədə böyük həcmdə sərmayə qoyuluşu çətin olduğundan, kiçik və orta biznes səviyyəsində sərmayələrin cəlb edilməsi sonrakı dövrdə böyük investisiya qoyuluşlarına dəstək olacaq. Bunun nəticəsidir ki, Tayvan və Yaponiya texnologiya sahəsində vençur kapital qoyuluşlarında özlərini doğruldub.

Dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə bir çox sahələrə sərmayə cəlb edilə bilər. İnfrastruktur layihələrin dövlət-özəl tərəfdaşlığı vasitəsilə həyata keçirilməsi özəl sektorun canlanmasına, səmərəliliyin artmasına və dövlət büdcəsinə düşəcək yükün azalmasına gətirib çıxarır. Həyata keçiriləcək layihələrin sayı səmərəliliyin artmasından və xərclərin bölüşdürülməsindən ötrü çoxalır.

Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq prioritetləşdirilməlidir. Vətəndaşların ilkin yaşayış səviyyəsini təmin etdikdən sonra onların köçürülməsinə yönələn prosesdə ilkin olaraq sosial və iqtisadi inkişafa dayanan sahələrə diqqət yetirilməlidir. Əlavə olaraq uzun müddətdə dayanıqlı iqtisadi inkişaf modeli yaradılmalı və sərmayə qoyuluşlarında davamlı gəlirlər əldə etmək üçün strateji sahələr seçilməlidir. Son olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonaların potensiallarından səmərəli istifadə olunmalıdır".

0
Teqlər:
Kəlbəcər rayonu, Zəngilan, maliyyə, inkişaf, investisiya, iqtisadi islahatlar, Yuxarı Qarabağ