Portfel, arxiv şəkli

Valideynlərə məhəl qoyulmadı, direktor işdən çıxarıldı

520
(Yenilənib 23:15 01.12.2017)
F.Babayev buna qədər Bakının Xətai rayonundakı 95 saylı məktəbin direktoru olub

BAKI, 1 dekabr — Sputnik. Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktoru dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, təhsil kompleksinin direktoru Qafar Hüseynov işdən azad olunub, onun yerinə Fuad Babayev təyin edilib. F. Babayev buna qədər Bakının Xətai rayonundakı 95 saylı məktəbin direktoru olub.

Təhsil Nazirliyindən bildirilib ki, Məktəb-Lisey Kompleksinin sabiq direktoru Hüseynov Qafar Möhsün oğlu ilə bağlanmış əmək müqaviləsi ərizəsi Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 15 noyabr 2017-ci il tarixdə ləğv edilib.

Qeyd edək ki, bir müddət əvvəl Məktəb Lisey Kompleksinin direktoru Qafar Hüseynovun vəzifəsindən azad olunması barədə məlumatlar yayılmışdı. Məktəbin bir qrup müəllimi və orada təhsil alan şagirdlərin valideynləri bununla bağlı etiraz aksiyası keçirmişdilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Q.Hüseynovun səhhəti ilə bağlı işə çıxmadığını açıqlamışdı.

520
Teqlər:
Fuad Babayev, Bakı Məktəb Lisey Kompleksi, Qafar Hüseynov, direktor, 95 saylı orta məktəb, təyinat
Əlaqədar
Məktəbin direktor müavini şagirdini qaçırdı
Azərbaycanda məktəb direktoru həbsxanada öldü
"Təhsil nazirliyi bu cür adamı direktor saxlamamalıdır"
Azərbaycanda məktəb direktorunun "fironluğu"
Valideynlərin etirazına rəsmi reaksiya: "Direktor vəzifədən azad edilməyib"
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

5
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

5
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar
Tərəvəz piştaxtası, arxiv şəkli

COVID-19 xəstələrini tez sağalda bilən qidalar

32
(Yenilənib 22:58 27.11.2020)
Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaları qəbulunu ehtiva edir

BAKI, 27 noyabr — Sputnik. Britaniya alimləri COVID-19-un müalicəsini sürətləndirən məhsulları müəyyən ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qidaların immuniteti gücləndirməsini öyrənən araşdırmaçı Emma Derbşir və Con Delanj qida və qida əlavələrini təhlil ediblər. Araşdırmanın məqsədi COVID-19-dan sonra immuniteti bərpa edən və immuntetə yardım edən qidaları müəyyən etmək olub.

Müəlliflər tibbi qidalanmanın 65 yaşdan yuxarı insanların immunitet sisteminə təsirinə xüsusi diqqət yetiriblər.

İmmunitet sisteminin dörd komponenti var: T-limfositlər, B hüceyrələri, komplement sistemi və faqositlər. Belə ki, bu komponentlər daxil olan virus və bakteriyalara qarşı bir maneə rolunu oynayaraq vücudu infeksiyadan qoruyur.

İmmunitet anadangəlmə və adaptiv olur.

Ancaq hər iki immunitet funksiyası yaşla azalır. "İmmunitet yaşlanması"nın səbəblərindən biri də qida çatışmazlığıdır. Yaşlı insanlar bunu xüsusi immunitet qidası ilə doldurmalıdırlar. Bu, müəlliflərə görə, COVID-19 kimi ağır infeksiyalardan sonra reabilitasiya dövründə xüsusilə vacibdir.

"Zəif pəhriz, protein-enerji çatışmazlığı, vitaminlər və minerallar kimi mikroelement çatışmazlıqları suboptimal immunitet funksiyasına kömək etdiyinə dair kifayət qədər dəlil var. Bəzi pəhriz komponentləri - meyvələr, vitaminlər, antioksidantlar, minerallar və probiotiklər müqaviməti artırmağa kömək edir, tənəffüs viruslarına və xəstəliklərinə qarşı müqavimətdə əhəmiyyətli bir rol oynayır", - deyə tədqiqat müəllifləri yazırlar.

Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaların qəbulunu ehtiva edir.

C vitamini, tənəffüs sistemi epitelisinin baryer funksiyasını gücləndirir, bu da patogenlərin inkişafını məhdudlaşdırır və alt tənəffüs yollarına enmələrinə maneə törədir.

Tədqiqatçıların fikrincə, bu, sətəlcəmin qarşısını alır. D vitamini güclü bir immunitet tənzimləyicisidir. Bəzi immun hüceyrələrin - B və T limfositlərin, makrofaqların və monositlərin səthində D vitamini reseptorları var, buna görə də bütün tənəffüs xəstəliklərində qoruyucu rol oynayır.

Müəlliflər C vitamini ilə zəngin brokkoli, qara qarağat, zənginləşdirilmiş səhər yeməyi və portağal; sink baxımından zəngin konservləşdirilmiş xərçəng, konservləşdirilmiş lobya və qaynadılmış yumurta və gündə 50 mikroqrama qədər D vitamini əlavələri qəbul etməyi məsləhət görürlər.

Tədqiqatın nəticələri göstərir ki, belə bir pəhriz saxlamaq reabilitasiya müddətini qısaldır və COVID-19-dan sağalmanı sürətləndirir.

32
Teqlər:
immunitet, vitamin, xəstəlik, xəstə, qida, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla