Tamer Karadağlı

"Çocuklar Duymasın"ın Haluku azərbaycanlı jurnalistə evlənmə təklif etdi

638
(Yenilənib 23:02 01.12.2017)
Aktyorun bir neçə gün Bakıda qalacağı, aktrisa Məlahət Abbasovanın "Məlahətli söhbətlər" verilişinə qonaq olacağı deyilir

BAKI, 1 dekabr — Sputnik. "Çocuklar Duymasın" serialında canlandırdığım Haluk obrazı ilə gerçək həyatdakı özümü müqayisə etsəm, Haluk mənim yanımda "light" qalar. Yəni o, gerçək həyatdakı Tamərin yanında "toya gedəsidir".

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirdiyi mətbuat konfransında əslən Azərbaycandan olan türkiyəli aktyor Tamər Qaradağlı deyib. Azərbaycanlı aktrisa Məlahət Abbasovanın dəvəti ilə Bakıya gələn aktyor vətənində olduğu üçün özünü xoşbəxt hiss elədiyini söyləyib.

Tamer Karadağlı
© Sputnik / Fuad Hasanov
Tamer Karadağlı

"Mən burda öz vətənimdəyəm. Bunun üçün çox xoşbəxtəm. Ata babam və nənəm azərbaycanlıdır. Gəncədəndirlər. Orada qohumlarım var, onlarla da görüşəcəm" – Qaradağlı qeyd edib.

Dünən paytaxta gəldiyi gündən ancaq yemək yediyini deyən aktyor Azərbaycan milli xörəklərini sevdiyini və Türkiyədə də yediyini bildirib.

Tamer Karadağlı
© Sputnik / Fuad Hasanov
Tamer Karadağlı

Özəl həyatı barədə danışan Tamər Qaradağlı deyib ki, həyat yoldaşı ilə ayrılsalar da, qızlarının xətrinə tez-tez görüşürlər: "Əvvəlki həyat yoldaşım Arzu Balkanla 10 il əvvəl ayrıldıq. Bizim 11 yaşında bir qızımız var. Anası ilə qalır. Onlar Ankarada, mən İstanbuldayam. Ayrılsaq da, ata və analıq borcumuzu yerinə yetiririk. Tez-tez görüşürük. Arzu mükəmməl anadır".

Jurnalistin "yenidən evlənməyi düşünürsüzmü" sualını aktyor belə cavablandırıb: "Hələlik elə planım yoxdur. Düşünmürəm. Amma heç vaxt bu barədə "əsla" deməmişəm. Çünki qarşıma elə birisi çıxa bilər ki, düşünmədən evlənərəm. Amma dediyim kimi, hələlik elə birisi gəlməyib”.

Media təmsilçiləri Tamər Qaradağlının evlənəcəyi qadının Azərbaycandan ola bilmə ehtimalını da soruşublar. Aktyor sualı ünvanlayan gənc xanım jurnalistə gülümsəyərək "yemək bişirməyi bacarırsansa, olar" cavabını verib. Qaradağlının bu jesti zalda gülüşə səbəb olub.

Azərbaycan əsilli türkiyəli aktyor dünən Musiqili Teatrda olduğunu, oradakı ab-havaya heyran qaldığını deyib: "Möhtəşəm atmosfer idi. O səhnədə sevə-sevə oynayardım. Hətta orada olduğum zaman video çəkib qızıma göndərdim ki, o da bu ab-havanı görsün. Çünki mənim qızım da bu sahə ilə məşğuldur. Konservatoriyada piano bölümündə oxuyur".

Tamər Qaradağlının bir neçə gün Bakıda qalacağı, aktrisa Məlahət Abbasovanın "Məlahətli söhbətlər" verilişinə qonaq olacağı deyilir.

638
Teqlər:
Azərbaycan yeməkləri, Tamər Qaradağlı, "Çocuklar Duymasın", Məlahət Abbasova, evlilik, İstanbul, Gəncə
Əlaqədar
Bakıda məşhur aktyoru parçalayacaqdılar - Görünməmiş ajiotaj
Elcan Rəsulov müasir aktyorluq sənətinin sirlərini açıqlayacaq
Seksual iddialar məşhur aktyoru və serialı bitirdi
Görkəmli aktyorumuzun xatirəsi yad ediləcək
Azərbaycan xalq artisti üsyan etdi: "Bütün yaşlı nəslin aktyorlarını..."

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

10
(Yenilənib 21:18 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

10
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

18
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

18