Сигаретный окурок, фото из архива

Restoranlarda siqaret çəkilməsi necə tənzimlənəcək?

116
(Yenilənib 17:32 01.12.2017)
Siyavuş Novruzov: “İnsanlar qanunda nəzərdə tutulan “açıq yerlər” ifadəsindən istifadə edib bu yerlərdə siqaret çəkə bilərlər”

BAKI, 1 dekabr – Sputnik. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbulunun tərəfdarıyam. Amma burada həllini tapmayan məsələlər çoxdur. Qanunda açıq və qapalı yerlərdə tütün məmulatlarından hansı formada istifadə olunacağı müəyyənləşməyib”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında deyib.

Onun sözlərinə görə, açıq yer dedikdə uşaq bağçasının önü, məktəbin yaxınlığı da nəzərdə tutula bilər: “Bu yerlərdə siqaret çəkməyin qadağan edilməsi nəzərdə tutulub. Lakin insanlar qanunda nəzərdə tutulan “açıq yerlər” ifadəsindən istifadə edib bu yerlərdə siqaret çəkə bilərlər. Məsələn, restoranın qabağında qoyulan masalarda da siqaretdən istifadə edilə bilər. Amma biz oradan keçən azyaşlı, uşaq, ağsaqqal və qadınlara siqaret tüstüsünün necə təsir etməsini fikirləşməliyik. Bu baxımdan restoranlar siqaret çəkmək üçün yerlər müəyyənləşdirməlidir”.

116
Teqlər:
təklif, restoran, Siyavuş Novruzov, siqaret, Milli Məclis
Əlaqədar
Siqaretdən istifadəni məhdudlaşdıran qanun qəbul olundu
Balkonda siqaret çəksəniz, qonşunuz sizdən pul tələb edə bilər
Siqaretdən istifadənin məhdudlaşdırılmasına dair yeni addım
Siqaret böhranı yaşayırıq
Avtomobildə 3 min ədəd siqaret tutuldu