Один из центров ASAN Xidmət в Баку

"ASAN xidmət" bu regionlarda işçi axtarır

275
(Yenilənib 18:23 30.11.2017)
İmtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabra kimi davam edəcək

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Quba və Mingəçevir regional "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələrin yeddinci təsnifatlarına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün B növünə (inzibati icraçı vəzifələr) daxil olan BB vəzifə qrupu (baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi) üzrə müsabiqənin test imtahanına Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qeydiyyat elan edilib.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "şəxsi kabinet"lərini yaratmalıdır. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı 17 dekabrda keçiriləcək və həmin imtahanda iştirak etmək üçün qeydiyyat 6 dekabr 2017-ci il tarixinədək davam edəcəkdir.

275
Əlaqədar
Səyyar ASAN-ın marşrutu bəlli oldu
"ASAN"-dan daha bir yenilik
İlham Əliyev "ASAN xidmət"in fəaliyyətində dəyişiklik etdi
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

14
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

14
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

40
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

40
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Jurnalist, arxiv şəkli

"Hərbi forma geyinməyin!" - Əflatun Amaşov

0
Ermənistan tərəfdən də xarici media təşkilatları ilə sıx təmaslar var. Tutalım, bizimlə bağlı bir xəbər hansısa nüfuzlu media təşkilatının saytında gedirsə, onlar dərhal çalışırlar ki, onun əsassızlığını sübuta yetirib materialı sildirsinlər.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlərə müraciət edib.

Sputnik Azərbaycan üraciət mətnini təqdim edir:

"Əziz və dəyərli cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlər!

Çox çətin şəraitdə çalışırsınız. Həyat və sağlamlığınızla risk edirsiniz. Bu, Vətən qarşısındakı müstəsna və danılmaz xidmətinizdir. Sizə hörmət və ehtiramımızı bildiririk.

Əziz dostlar, həmkarlar, daxilinizdəki ruh yüksəkliyini və coşğunu da anlayırıq. Ancaq işinizi görərkən hərbi formada, hərbi forma rəng çalarları olan paltarlarda olmayın. Məsələ yalnız onda deyil ki, bununla özünüzü açıq hədəfə çevirirsiniz. Hərçənd bu da əsasdır. Daha bir əsas məsələ sosial şəbəkələrdəki, xüsusən "Facebook"dakı şəkillərinizdir. Ora hərbi formada, əldə silah şəkil qətiyyən qoymayın.

Yada salım ki, biz hərbi formada, əlində mikrafon, diktafon, çiynində avtomat olan erməniləri görürdük. Əsaslandırırdıq ki, onların başlarına bir iş gəlsə, ermənilər başlayacaqlar ki, Azərbaycan Ordusu jurnalistlərə atəş açıb.

Allah eləməsin ki, başınıza bir iş gəlsin. Canınızı sağ və sağlam olsun. Gün o gün olsun ki, hər biriniz tam qələbə xəbərlərinin müjdəçisi olasınız. Amma müharibədir, hər şey mümkündür. Müharibənin ağırlığını sizlərə izah etməyə heç ehtiyac yoxdur. Hər gün görür və yaşayırsınız...

Uzun sözün qısası, sizlərlə bağlı hansısa hadisəni beynəlxalq media ictimaiyyətinin diqqətinə çatdıranda, xarici həmkarlarımızın etdikləri ilk iş açıb "Facebook"da sizinlə maraqlanmaq olur. Bu halda qarşılarında hərbi formalı adam çıxanda məsələni diqqətə çatdıranlara, yəni bizə münasibətləri heç də yaxşı olmur. İlk təəssürat çox çox önəmlidir. Prinsipial olaraq gördüklərinə inanırlar. Belədə qaldırılan haqlı problem əhəmiyyətini itirir.

Üstəlik onu da nəzərə alın ki, Ermənistan tərəfdən də xarici media təşkilatları ilə sıx təmaslar var. Tutalım, bizimlə bağlı bir xəbər hansısa nüfuzlu media təşkilatının saytında gedirsə, onlar dərhal çalışırlar ki, onun əsassızlığını sübuta yetirib materialı sildirsinlər. Hər vasitəyə əl atırlar. Cəbhə bölgəsində olan jurnalistin hərbi formadakı şəklindən gözəl sübut isə yoxdur. Bunu mütləq qaydada nəzərə almağınızı xahiş edirəm.

Hər birinizə bol-bol uğurlar və cansağlığı arzulayıram!"

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə