CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əfv olacaqmı?

Abunə olmaq
Ə.Nuriyev qeyd edib ki, hər gün Əfv Komissiyasına əfvlə bağlı müraciət daxil olur

BAKI, 29 noyabr — Sputnik. “Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı bir qayda olaraq imzalanıb. Bu, yalnız 2016-cı ildə olmayıb”.

Sputnik Azərbaycan AzVision.az-a istinadən xəbər verir ki, bunu Əfv Komissiyanın üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, əfv sərəncamının nə vaxt veriləcəyi barədə dəqiq vaxt demək çətindir: “Bu, ölkə başçısının konstitusion səlahiyyətlərinə daxildir. İstər əfv komissiyasının üzvlərinə, katibliyə və digər aidiyyəti orqanlara mütəmadi olaraq əfvlə bağlı müraciətlər daxil olur. Bütün bu müraciətlərlə bağlı müvafiq arayışlar hazırlanır və məlumatlar toplanır. Əfv sərəncamının olmasını isə istisna etmirəm”.

Müraciətlərə gəlincə, Ə.Nuriyev qeyd edib ki, hər gün Əfv Komissiyasına əfvlə bağlı müraciət daxil olur.

Xatırladaq ki, sonuncu dəfə bu ilin mart ayında prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Dövlət başçısının sərəncamı ilə 423 məhkum əfv edilib.

Xəbər lenti
0