CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yolkənarı ticarət: əgər iki gün ərzində qapağı şişmədisə...

© Sputnik / Ilham AhmadovVəndam qəsəbəsi ərazisində meyvə-tərəvəz bazarı
Vəndam qəsəbəsi ərazisində meyvə-tərəvəz bazarı - Sputnik Azərbaycan
Abunə olmaq
Satılan tərəvəz və şorabaların keyfiyyəti isə satıcıların öz vicdanına qalıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Azərbaycanın hər bölgəsinin özünəməxsus tərəvəz və meyvə növləri mövcuddur. Şimal-qərb bölgəsi də bundan xali deyil. İqlim şəraitinə uyğun olaraq burada elə tərəvəzlər becərilir ki, həmin tərəvəzlər olmadan süfrəyə yemək qoyulmur. Bölgə sakinləri isə iyun-iyul aylarını mövsümü meyvə-tərəvəzdən qış aylarına hazırlıq görməyə həsr edirlər.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, tərəvəzlər əsasən Qəbələnin Vəndam, Nohurqışlaq, Çuxur Qəbələ və Nic kəndlərində becərilir. İyun-iyul aylarından etibarən, becərilən tərəvəz qış aylarına hazırlıq məqsədi ilə tutularaq konserv halına salınır və qış aylarında süfrənin bəzəyinə çevrilir. Satıcı Telli bibi deyir ki, bəzən gün ərzində iki yüz balon şoraba, kompot və digər məhsulları konservləşdirir.

Yəqin çoxları Vəndam qəsəbəsi ərazisindən keçəndə "Vedrə bazarı" adı ilə tanınan, müxtəlif meyvə və tərəvəz məhsullarının satıldığı piştaxtalara diqqət yetirib. Burada istənilən meyvə və tərəvəzin konserv halına salınmış formasını görmək, almaq mümkündür.

© Sputnik / Ilham AhmadovVəndam qəsəbəsi ərazisində meyvə-tərəvəz bazarı
Vəndam qəsəbəsi ərazisində meyvə-tərəvəz bazarı - Sputnik Azərbaycan
1/7
Vəndam qəsəbəsi ərazisində meyvə-tərəvəz bazarı

2/7

3/7

4/7

5/7

6/7

7/7

Yolkənarı "banka bazarlarının" olması həm yerli və xarici turistlərin diqqətini çəkir, həm də gecəsini gündüzünə qatıb çalışan insanların dolanışıq mənbəyinə çevrilib. Satışlara gəldikdə, hərənin öz müştərisi var. Elə əsas alveri də xüsusi müştərilər edirlər.

Satılan tərəvəz və şorabaların keyfiyyəti isə satıcıların öz vicdanına qalıb. Heç bir zəmanət və keyfiyyət sertifikatının olmadığı bu məhsullardan istifadə etmək kimilər üçünsə adi olsa da, bəziləri buna son dərəcə ehtiyatla yanaşırlar.

Ekspertlər bu yolla hazırlanmış məhsulların istifadəsinin təhlükəli olduğunu vurğulayır və zəhərlənmə riskinin olduqca yüksək olduğunu bildirirlər. Əslində, məhsulu hazırlayanlar da, satanlar da müvafiq quruma müraciət etməli, qeydiyyata durmalı və bu tip məhsulların istehsalı üçün sertifikat almalıdırlar.

Satıcıların sözlərinə görə, əgər hazırlanmış məhsulun qapağı üç gün müddətində şişmədisə, iki il müddətinə ondan qorxmadan istifadə etmək olar. Həm də hazırlanan məhsullar sirkə ilə hazırlandığından, zəhərlənmə riski minimuma enir.

Biz "Vedrə bazarı"nda olan zaman alver edən Bakı sakini ilə qarşılaşdıq. Bazara xanımı ilə gələn müştəri Sputnik Azərbaycan-a deyir ki, yol kənarından alınan məhsuldan zəhərlənmə, hətta ölüm halının olması barədə dəfələrlə eşidiblər.

Lakin Qəbələ bazarından müxtəlif şoraba və digər məhsullardan alıblar və heç bir neqativ halla qarşılaşmayıblar. Onun sözlərinə görə, burada əsas məsuliyyət məhsulu hazırlayan insanın üzərinə düşür və onlar güman edirlər ki, məhsullar gigiyenik qaydalara əməl olunaraq hazırlanır.

Görünən odur ki, hələlik nə alıcılar, nə də satıcılar risklə üzləşəyib. Biz sözlə, alan razı, satan razı. Lakin bunlara baxmayaraq, aidiyyatı qurumlar məhsulların hazırlanması və satışını nəzarətə götürsə, heç kim həmin məhsulları almaqdan çəkinməz.

Xəbər lenti
0