Подписание договора страхования

Bakı İstintaq Təcridxanasının rəisi yeni vəzifəyə təyin olundu

287
(Yenilənib 21:11 28.11.2017)
Bu vəzifəyə 3 saylı istintaq təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib

BAKI, 28 noyabr — Sputnik. Bakı İstintaq Təcridxanasının rəisi işdən çıxarılıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov tutduğu vəzifədən azad olunub. Bu vəzifəyə 3 saylı istintaq təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib.

R. Səfərov isə Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

287

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

14
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

14
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

13
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

13