Kredit verilişi

Kredit yolu gözləyənlərin diqqətinə: Banklar "kəmərləri daha da sıxacaq"

245
(Yenilənib 16:47 28.11.2017)
"Çünki risklər böyükdür, problemli kreditlərin həcmi günü-gündən artır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. "Cari ildə Azərbaycan üzrə kredit qoyuluşu kəskin azalıb və bu çərçivədə regionlara verilmiş kreditlərin azalması müşahidə olunur". Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli deyib.

İqtisadçı-ekspert Cəfər İbrahimli
© Photo : ŞƏXSİ ARXİV
İqtisadçı-ekspert Cəfər İbrahimli

Onun sözlərinə görə, yeni kredit şərtləri və nağdlaşdırma məsələləri bankların kredit vermə imkanlarını və region sahibkarlarının da kredit əldə etmə imkanlarını məhdudlaşdırıb: "Ümumiyyətlə, regionda olan orta və kiçik sahibkarların təminat məsələsi həmişə problem olub və ona görə region sahibkarları əziyyət çəkib".

İqtisadçının qənaətincə, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) işləmə mexanizminin təminat məsələsinə kömək etməməsi və digər subyektiv səbəblərdən bu vəsaitlərin hesabına kreditləşmə də gözlənilən nəticəni verməyib: "Amma bunu da əlavə etmək lazımdır ki, regionlar üçün görünən kreditlərin böyük bir hissəsi SKMF və "Aqrolizinq" ASC tərəfindən ayrılmış vəsaitlər və xırda istehlak kreditləridir. Yeni yaranan Kredit Zəmanət Fondu fəaliyyətə başlasa və digər fondun yanaşmasından fərqli olaraq yeni tələblərə cavab verən idarəetmə sistemi yaradılsa, regionda xırda və orta sahibkarların kreditlərə çıxış imkanını artıra bilər".

İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, ölkə üzrə kreditləşmənin həcmində azalma var: "İlin əvvəli ilə müqayisədə bankların ümumi kredit portfelində 4,5 milyarddan çox kiçilmə baş verib. Bu da bankların hazırda həyata keçirdiyi kredit siyasəti ilə əlaqədardır. Banklar daha optimal faizlərlə vəsaitlərini Mərkəzi Bankın depozitləri ətrafında və digər alternativ qiymətli kağızlarda yerləşdirməyə üstünlük verir, nəinki real bazarda bu vəsaitləri işlətməyə".

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

"Çünki risklər böyükdür, problemli kreditlərin həcmi günü-gündən artır. Əhalinin gəlirlərində reabilitasiya prosesi hələ də tamamlanmayıb. Bu kimi səbəblərdən banklar daha daraldıcı kredit siyasəti həyata keçirir. Ölkə üzrə kreditləşmə təxminən 25 faizdən çox azalıb. Bu, son nəticədə regionların da kreditləşməsinə öz təsirini göstərir. Burada da kreditlərin həcminin azalması prosesi gedir" — Həsənov bildirib.

Onun fikrincə, ümumiyyətlə, kreditləşmənin zəifləməsi son nəticədə sahibkarlıq mühitinin, maliyyə əlçatanlığının zəifləməsi deməkdir: "Bu baxımdan da əgər hökumət qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin daha da təkmilləşdirilməsi və s. istiqamətlərdə addımlar atmaq istəyirsə, bu zaman maliyyə əlçatanlığının təmin edilməsi əsas məsələlərdən biridir. Ona görə də, hazırda kompleks tədbirlər görülməlidir".

"Yəni, birmənalı olaraq bankları bu istiqamətdə məcbur etmək mümkün deyil. Kommersiya bankları kredit siyasətlərini özləri müəyyənləşdirir. Ötən dövrdə risklər də hansısa formada sığortalanmır. Əsas yük dövlətin üzərinə düşür. Dövlət daha təşviqedici modellərin işlənib hazırlanmasına və portfelin şaxələndirilməsi istiqamətində diferensial normaların tətbiq edilməsinə getməlidir ki, bu addımlar prosesi müəyyən qədər inkişafa doğru dəyişsin" — mütəxəssis vurğulayıb.

İqtisadçının qənaətincə, eyni zamanda, mərkəzləşdirilmiş kreditlər də daha çox region hədəfli olmalıdır: "Mərkəzi Bank tərəfindən banklarda yerləşdirilən vəsaitlərin regionlarda portfel formalaşdırılmasına sərf edilməsi öhdəliyi müəyyənləşdirilə bilər. Bu da müəyyən qədər vəziyyəti müsbətə dəyişə bilər".

R. Həsənovun fikrincə, regionlarda kreditləşmənin azalması prosesi davam edəcək: "Faktiki olaraq bu gün banklar kreditləşmədə maraqlı deyil. Çünki risklər böyükdür. Banklar stimulu, iqtisadiyyatın canlanmasını hiss edənə və portfellərini sağlamlaşdırana qədər daha çox daraldıcı kredit siyasətinə üstünlük verəcək".

Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına görə, Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 460,6 mln. manat və ya 18,2% azalaraq 2017-ci il oktyabrın 1-nə 2 071 mln. manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 16,65%-i bölgələrin payına düşüb. Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (498,4 mln. manat) qeydə alınıb. Eyni zamanda, ən yüksək orta faiz dərəcəsi də (illik 22,3%) bu regionda müşahidə olunub.

Qeyd edək ki, 2017-ci il oktyabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 437 mln. manat təşkil edib və bunun 10 366 mln. manatı və ya 83,35%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 11,8% təşkil etdiyi halda, Bakı şəhərində 10,4% olub, regionlarda isə 8,6-22,3% arasında dəyişib.

245
Teqlər:
Rəşad Həsənov, Sputnik Azərbaycan, region, Cəfər İbrahimli, ekspert, iqtisadçı, bank, kredit, Azərbaycan
Əlaqədar
Dövlət qurumundan kredit borcu olanlara şad xəbər
Cəfərli: “Kredit faizlərinin yüksək olmasının səbəbi Mərkəzi Bankdır”
Kredit borcuna görə həbs: imkanı olmayanla, olub ödəməyəni necə ayırd edəcəklər?
KİV nümayəndələrinə kredit verilməməlidir?
Kredit borclarınızı ödəməyə tələsin, əks halda...
Sahibkarlara xoş xəbər: kredit problemləriniz həll olunacaq
Tamaşa zalı, arxiv zalı

Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək

11
(Yenilənib 21:49 30.09.2020)
Teatr Xadimləri İttifaqı: Teatr ictimaiyyəti olaraq, dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Azər Paşa Nemətov teatr ictimaiyyəti adından erməni işğalçılarının qanlı 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhəboyu əks hücuma keçməsi ilə əlaqədar bəyanat yayıb.

Sputnik Azərbaycan-a TXİ-dən göndərilən bəyanatda deyilir:

"Erməni işğalçıları növbəti dəfə təxribata əl ataraq sentyabrın 27-də müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutub. Xalqımız tarixən erməni xainliyi, düşmən təxribatı ilə üz-üzə qalsa da, öz qətiyyəti, mübarizliyi sayəsində bu sınaqdan üzüağ, alnıaçıq çıxıb. Erməni faşizminin növbəti təzahürü olan bu təxribat bütün xalqımız kimi Teatr Xadimləri İttifaqını və bütün teatr ictimaiyyətini dərindən hiddətləndirib. Teatr ictimaiyyəti olaraq bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı yönələn cinayətlərini qəti surətdə lənətləyir, işğalçı qonşularımızın və onların havadarlarının haqq və ədalət qarşısında cavab verəcəklərinə inanırıq. Dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq işinə fəal dəstək verməyə çağırırıq.

Qüdrətli dövlət rəhbəri və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu bir neçə gündür işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətlə mübarizə apararaq, əzəli dədə-baba torpaqlarımızın düşmən təcavüzündən azad olunması üçün böyük ruh yüksəkliyi ilə silaha sarılıb.

Ölkəmizin Ali Baş Komandanının xalqa müraciətində dediyi kimi, bu təxribat erməni faşizminin növbəti təzahürüdür. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri kimi zaman-zaman düşmən təxribatına layiqli cavab verib, şəhidlərimizin, mülki vətəndaşlarımızın qisası alınıb, onların qanı yerdə qalmayıb. Yenilməz Azərbaycan əsgəri, hərbçi və zabitlərimiz canları və qanları bahasına yeddi kəndimizi, bir sıra strateji yüksəklikləri düşməndən təmizləyib. Bütün beynəlxalq hüquq və normaları tapdalayan faşist mahiyyətli düşmən ordusu cəbhə bölgəsində dinc sakinləri hədəfə alır, mülki obyektlərə zərbələr endirir. Lakin qeyrətli Vətən oğullarımız düşməndən bunun qisasını alır. Ermənistanın məhv olunan canlı qüvvəsi, sıradan çıxarılan hərbi texnikası bunun bariz nümunəsidir.

Müharibə can və qan itkisi, qeyrətli Vətən oğullarının uca şəhadəti deməkdir. Lakin biz canımızı, qanımızı ana yurdumuz üçün, elimiz-obamız üçün fəda etməkdən çəkinmirik. Azərbaycan xalqı öz şəhidlərini qürurla qarşılayır, onları torpağa əmanət edib ruhları qarşısında baş əyir.

Bu şərəfli yolda bütün xalqımız, bütün teatr ictimaiyyəti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Biz qələbə çalacağıq. Bütün Azərbaycan teatrları, eləcə də Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək. Əminik ki, Tanrı Şuşaya üçrəngli bayrağımızı sancmağı məhz Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bizə nəsib edəcək. O böyük zəfər günündə hamımız bir yerdə olacağıq. Qələbə Azərbaycan xalqının əbədi haqqıdır!"

11
DTX-nın binası, arxiv şəkli

Dövlət Təhlükəsizliyi Xidməti ölkə vətəndaşlarına xəbərdarlıq etdi

59
(Yenilənib 22:14 30.09.2020)
Ermənistan Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.

Sputnik Azərbaycan-a Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar.

Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur.

59
Partlayış, arxiv şəkli

Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO

0
(Yenilənib 22:23 30.09.2020)
Müdafiə Nazirliyi: Bu gün axşam saatlarında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələrinin bu gün axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

0