Adamlar

Azərbaycanda rezonans yaradacaq sosial sifariş

886
(Yenilənib 10:01 27.11.2017)
Sosial sifariş gəldi: bu problem, bu da həlli yolu

BAKI, 27 noyabr — Sputnik. Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin (NK) qərarı ilə 2018-ci ilin 1 yanvar tarixindən yeni idxal və ixrac gömrük rüsumları tətbiq olunacaq. Yəni ki, gömrük rüsumları artırılacaq.

Bu xəbər yayılar-yayılmaz, daha çox avtomobillərin gələn ilki qiymətlərinin necə olacağı sualı gündəmi məşğul etdi. Dərhal aparılan iqtisadi hesablamalar ağrılı bir gerçəyi ortaya çıxardı.

Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) elektron kalkulyatorunda aparılan kiçik araşdırma zamanı məlum olub ki, 2018-ci ildə 9500 dollarlıq (16 min manatlıq) 5.7 mühərrikli bir avtomobilin, ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri ilə birlikdə qiyməti 80 min 840 manat 99 qəpik olacaq.

Əksəriyyət bu fakt qarşısında heyrət və narazılıqla çiynini çəksə də, şəxsən mən əminəm ki, müvafiq qurumlar bu addımı atarkən, camaatın rahatlığını nəzərə alıb. Məsələn, yollardakı tıxaclardan əhalinin cana doyduğunu düşünən NK problemi kökündən həll etməyə qərar verib.

Həqiqətən, birdən-birə qiymətini 5 dəfə qaldırsan, hansı belə filan oğlu maşın almağı ağlına gətirər? Deməli, ölkəyə avtomobil idxalı 5 dəfə azalacaq, nəticədə də yaxın illərdə tıxac səviyyəsinin 5 dəfə artması təhlükəsi önlənmiş olacaq.

Bu müşkülün həllini də, birbaşa dəxli olan "Azəravtoyol" ASC-yə yox, DGK-ya həvalə ediblər ("Azəravtoyol"un heç Bakı-Sumqayıt yolundakı tıxacın öhdəsindən gələ bilməməsi də, görünür bu qərara təsir edib).

Bakı-Sumqayıt yolu demiş… Bax, dəli yadına daş saldılar. O yoldakı amansız tıxac azmış kimi, indi də yeni bəla peyda olub. Əslində, o qədər də yeni deyil, sadəcə kilometrlərlə və saatlarla davam edən tıxac daha geniş auditoriyanın bu bəlaya yoluxmasına və xəstəliyin sürətlə metastaz verməsinə təkan verir.

Məsələ ondadır ki, o yol üzrə fəaliyyət göstərən (adambaşı 1-2 manatlıq) taksilərin sürücülərinin nə yeyib-içdikləri, beyinlərinin oksigen qəbul-etmədiyi ciddi suallar doğurur. "Cəhənnəm, nə olar-olar, bircə evə çatım" deyə onların avtomobilinə oturan sərnişinlər, sanki özlərini ballistik raketin qanadları üzərində hiss edirlər. Nə özünə yazığı gələn var, nə daşıdığı sərnişinə, nə də ətrafdakı sürücülərə. Avtomobil sıxlığından sivişmək, ünvana azacıq tez yetişmək və yenidən oradan müştəri götürüb geri dönmək üçün hər cür həngamədən çıxırlar.

Qardaş, bu, avtomobil idarə etmək deyil, heç "avtoşluq" da deyil, tamam başqa bir müəmmadır. Mənzil başına çatanadək ölüb-dirilməkdir, ödünün ağzına gəlib-qayıtmasıdır, gözünün önündən bütün rəhmətlik qohum-əqrəbanın keçib-getməsidir, tanış olmayan sərnişinlərin bir-birilərinə sarılıb ölümqabağı vidalaşmasıdır.

Bəlkə heç bunlar da deyil, nə bilim nə kabusdur, nə xəstəlikdir…

Bu mənada bir təklif vermək istəyirəm. Daha doğrusu… Gözəl məmləkətimizin gözəl yetkililəri, hansısa problemin həllinə ərinərkən, "gərək sosial sifariş olsun" deyirlər ha, bax o hüququmdan yararlanaraq, eyni istəkdə olduğum hər kəsin adından sifariş verirəm: Ölkə ərazisində, xüsusilə şəhərlərarası, dübarə xüsusilə Bakı-Sumqayıt yolunda fəaliyyət göstərən bütün taksi sürücüləri psixoloji və narkoloji müayinədən keçirilsinlər!

Lakin:

İnsan naminə, vətəndaşın salamatlığı naminə, işləyib bu dövlətə vergi verə bilməsi naminə, Dövlət Statistika Komitəsinin açıqladığı əhali sayının həqiqətə uyğun olması naminə…

Və ölkədə infarkt riskinin azaldılması naminə, ürək-damar xəstəliklərinin daha geniş yayılmaması naminə, şəkərli diabetin bu qədər tez sonumuza çıxmaması naminə, yüksək qan təzyiqindən əziyyət çəkənlərin azacıq çox yaşamaları naminə…

Və qəzaların sayının ilbəil azaldığına dair rəsmi bəyanların daha inandırıcı olması naminə, yol polisinin barəsində yayılan videolara inanmamağımız naminə, birilərinin DYP-yə rəğbət aşılayan status və xəbərlərini "layk" etməyimiz naminə, başqa birilərinin "gözünün götürmədiyini" gözümüzün götürməsi naminə…

Və küçələrdə təkcə kasıb-kusubun şütümədiyi faktı naminə, əcəlin həm də əlində möhür tutanları izlədiyi gerçəyi naminə…

Və bankların maraqları naminə, yeni kreditlər naminə, köhnə kreditlərin batmaması naminə…

Və hər yanı bürüyən söküntü-tikintidə işlətmək üçün qonşu ölkələrdən fəhlə dilənməmək naminə…

Və ön cəbhədə düşmənin qarşısında dayanacaq əsgər tapa bilmək naminə

Bu sosial sifarişin "yem" üçün fürsətə çevrilməməsini acizanə və nacizanə şəkildə xahiş edirik!

886
Teqlər:
naminə, NK, DGK, "Azəravtoyol" ASC, sərnişin, Nazirlər kabineti, maşın, gömrük, Dövlət Gömrük Komitəsi, taksi, ixrac, idxal, Bakı-Sumqayıt yolu, insan, tıxac, qərar, sürücü, avtomobil, qiymət
Mövzu:
Yeni gömrük rüsumlarının tətbiqi (6)
Əlaqədar
Sürücünün başını "partladan" yol polisi danışdı - VİDEO
Sürücü çantasında narkotik aparırmış...
Sürücünü 32 km qovan polis sürprizlə qarşılaşdı
Sürücülərə xoş xəbər: DYP geri çəkildi, məhdudiyyətlər ləğv edildi
Taksi sürücüləri nə qədər qazanır və müştəriyə nə qazandıra bilirlər?
Avtoxuliqanlıq edən taksi sürücüsü qəza törətdi
Paytaxt rəhbərliyi məşhur taksi şirkətinin lisenziyasını ləğv edir
Avtobusla taksinin toqquşması nəticəsində 7 nəfər yaralandı
Taksi şirkətləri də qiymət artımına gedəcək, amma...
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

4
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

4
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

4
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

4