CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yuxuda "vergi" verilən Lerik sakini danışdı: "Bu sirri ilk dəfə açıram"

© Sputnik / Rahim MuradovQurban Fərziyev
Qurban Fərziyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Yaşlı bir kişi gəldi, geyimindən XII-XIII əsrin adamlarına oxşayırdı..."

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Dahi Nizami Gəncəvinin bu misrası sənət və sənətkar barədə deyilən ən mükəmməl ifadədir. Həqiqətən də, öz sənətini mükəmməl bilmək insanı hər yerdə başıuca edir.

Bir çox sənətkarlar öz sənətlərini irsi olaraq davam etdirirlər. Ən çox da sənət atadan övlada ötürülür. Bəzən elələri olur ki, ona irsən ötürülən sənəti sevir, inkişaf etdirir və atasından da önə keçir. Lerik rayonunun Sivəkəran kənd sakini Qurban Fərziyevə isə sənəti heç kim öyrətməyib. 1970-ci il təvəllüdü usta Qurbanın başqa ixtisası olsa da, fərqli sənət seçib.

© Sputnik / Rahim MuradovQurban Fərziyev
Qurban Fərziyev - Sputnik Azərbaycan
Qurban Fərziyev

Qurban Fərziyevi tapmaq çətin olmadı. O, hazırda rayon ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin birində çalışır. Gördüyü iş adamı heyran edir. Usta Sputnik Azərbaycan-a danışır ki, ixtisasca reklam tərtibatçısıdır.

"Bakı Şəhər 84 saylı Texniki-Peşə Məktəbini bitirmişəm. Amma ixtisasım üzrə çalışa bilmədim. 14 il işsiz qaldım. Yəni, bitirdiyim ixtisas üzrə işləmədim, fəhləliklə dolanırdım. Hazırkı sənəti mənə heç kim öyrətməyib. Bildiyim qədər, bu sənəti məndən başqa işləyən də yoxdur. Dekorativ işlər görürlər, amma mənim sənətim fərqlidir" — o deyir.

"Bir dəfə yuxuda yaşlı bir kişi öz sənətini mənə ötürdü. Təxmini yadımda qalanı odur ki, geyimindən XII-XIII əsrdə yaşayanlara oxşayırdı. Bəlkə də ulu babalarımdan biri idi. Eşitmişəm ki, nəsildə güclü sənətkar olarsa, 100 ildən bir yenə həmin nəsildə o cür sənətkar yaranır" — usta əlavə edir.

© Sputnik / Rahim MuradovQurban Fərziyevin əl işi
Qurban Fərziyevin əl işi - Sputnik Azərbaycan
Qurban Fərziyevin əl işi

Həmsöhbətimiz bildirir ki, bizə açdığı bu sirri indiyədək kimsəyə deməyib: "Bu yuxunu indiyədək heç kimə danışmamışam. Qorxmuşam ki, yanlış anlayarlar, ya da mənə lağ edərlər. Amma bu, faktdır. Həmin qoca bu sənətlə yanaşı, başqa sənətləri də öyrətdi mənə. Bunların arasında loğmanlıq da var. Arada loğmanlıq da edirdim, amma sonra yalnız bu sənətin ardınca gedib, onu davam etdirdim".

Q. Fərzəliyev hazırda yaşatdığı peşəyə 2003-cü ildə gəlib: "Əlikram müəllim adlı bir şəxs öz ixtisasım üzrə rayonumuzda yerləşən istirahət mərkəzlərinin birində işləməyi təklif etdi və mən də qəbul etdim. Burada işləyə-işləyə öz sənətimi də yavaş-yavaş tətbiq etməyə başladım. Daha sonra Zuvand kəndidə yerləşən başqa bir istirahət mərkəzindən təklif aldım və orada işlədim. Orada hörmə üsulu ilə kiçik çay daşlarından hissə-hissə böyük bir şəlalə düzəltdim. Şəlalənin üzərində caynağında ilan tutan qartal əks olunub. İlanın ağzından isə su axır".

Müsahibimizin dediyinə görə, qəlib quraraq tökmə iş görə bilmir: "Bacarmıram yox, etmirəm. Bəlkə, istəsəm, edərəm. Amma mən onu etsəm, işimdən zövq almaram. Ona görə də, bütün işlərimi maket üzərində işləyirəm. Maket qururam, sement və ya başqa hörgü-tikinti materiallarından istifadə edərək işləyirəm. Hazırda su pərisi və onun mağarası üzərində çalışıram. Bunu balıqqulağı düzməklə işləyirəm".

"Gördüyünüz kimi, su pərisinin heykəli və onun yanında Dəniz Allahı Poseydonun heykəli var. Hələ tam hazır deyil. Çünki bunun işləməsi həm çox vaxt tələb edir, həm də xammal bitmək üzrədir. Xammalı, yəni balıqqulağını isə Astaradan gətiririk. Onu gətirəndə, kisəyə doldurub gətiririk. Kisənin içinə doldurulan bütün balıqqulağılar da bütöv qalmır. Sınanları çox olur. Ona görə də, balıqqulağı seçmək, onu bir-bir rənginə və ölçüsünə görə düzmək vaxt aparır. Onu da deyim ki, balıqqulağı ilə işləmək həddən artıq çox səbr tələb edir" — usta vurğulayır.

Rüfət Rzayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əcnəbilər azərbaycanlı ustanın əl işlərini "yerə düşməyə" qoymurlar

Deyir ki, hər bir işə fərqli vaxt sərf edir. O, bəzi işlərin tez başa gəldiyini, digərlərinin isə uzun müddət tələb etdiyini qeyd edir: "Vaxt deyəndə ki, kiçik iş olsa və balıqqulağı ilə işləsəm, ən azı bir həftə vaxt lazım olacaq. Çünki onu gərək elə düzəsən ki, sıralaması pozulmasın, yerindən qopub düşməsin və ya sınmasın. Amma böyük iş olanda vaxtı deyə bilmirəm".

Hazırda əlində olan işə nə vaxt başladığını özü də dəqiq bilmir: "Yayın axırı idi, amma hələ də davam edir. Çünki məndə elədir ki, işləyə-işləyə fantaziya içərisindən fantaziya çıxır. Bütün bu işlər mənim beynimin məhsuludur. İşləyə-işləyə hamısını düşünüb edirəm. Ona görə də, dəqiq bilmirəm, nə vaxta bitirəcəm. Yəni, mənim işim plan üzrə olmur".

Qurban Fərziyev Lerikdən savayı, qonşu Masallı və Lənkərandan da sifarişləri olduğunu vurğulayır. Bu rayonlarda şəxsi həyətlərdə kiçik fəvvarələr yığıb. Amma cənub bölgəsindən kənara çıxmayıb, sifarişi olmayıb.

"Açığı, həm sifariş olmayıb, həm də özüm istəmirəm, nədənsə. Bu bölgənin təbiətinə bağlıyam deyə, çıxmaq istəmirəm burdan. Amma xaricilər işimi bəyənirlər. Ötən yay Moskvadan jurnalistlər gəlmişdilər. Onlar əl işimi görüb çəkdilər və dedilər ki, bunu fotosərgidə nümayiş etdirəcəklər. İşimi çəkən jurnalist isə mənimlə söhbətdə dedi ki, dünyanın çox yerini gəzib, amma bu cür gözəl sənət işləyən görməyib. Bir də bu yay ərəb turistlər gəlmişdilər. Mənim əl işimi görüb, iş təklif etdilər. Amma mən getmədim. Özü də deyim ki, təkidlə təklif etdilər, mən imtina etdim. Mən Cənub bölgəsindən ayrıla bilmirəm".

Qeyd edək ki, usta Qurban bütün işləri təkbaşına görür və hələ ki, şagirdi yoxdur.

Xəbər lenti
0