Kamal baba ilə Sərfinaz nənə

Brilyant toylarına hazırlaşan ahıl cütlük: biri oddur, biri su

359
(Yenilənib 09:46 21.11.2017)
"Bizim evdə həmişə kişinin söz keçərdi"

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. Ağdamın cəbhə xəttinə yaxın yerləşən Çəmənli kəndində yaşayan, 1932-ci il təvəllüdlü Kamal baba ilə, 1936-cı il təvəllüdlü Sərfinaz nənə, yaxın günlərdə brilyant toylarını qeyd etməyə hazırlaşır. Sputnik Azərbaycan-ın bölgə müxbiri əlamətdar gün ərəfəsində bu uzunömürlü ailənin qonağı olub.

81 yaşlı Sərfinaz nənə 60 il əvvəl soyadını dəyişərək Kamal babanın soyadını — Əhmədovanı qəbul edib. O vaxt 25 yaşında bığıburma gənc olan Kamal baba, dövrünə görə gec evləndiyini deyir. Səbəb isə, dövrünün cavanları kimi ata-anasının seçdiyi qızla evlənmək istəməməsi olub. Gənc Kamal bir yastığa baş qoyacağı qızı özü seçmək istəyib.

Deyir ki, əslində o dövrdə gənclərin bir-biri ilə görüşüb söhbət eləməsi kənd yerində ayıb hesab olunurmuş. Bunu heç kim ağlına belə, gətirə bilməzdi. Amma o, həmyaşıdlarından fərqlənib. Gənc Kamal sevdiyi qıza özü evlənmək təklifi edib.

"Yaxınlaşdım, dedim, "mənə gələrsən?". Cavab verməyə utandı. Sonra nənəsi ilə sifariş göndərdim. Hələ özüm də getdim onlara. Gecəni də qaldım onlarda. Atamdan xəlvət gedirdim. Sonra atama dedim, atam getdi onlara. Əmisi vardı, yaxşı kişi idi, atam ona dedi ki, uşaqlar evlənmək istəyirlər. Cavab verdi ki, "bir qız bir oğlanındır". Beləcə evliliyimiz baş tutdu" — deyir Kamal Əhmədov.

60 ildir Kamal babaya ömür-gün yoldaşı olan, Sərfinaz nənə 7 övlad dünyaya gətirib
© Sputnik / Ramil Ibrahimov
60 ildir Kamal babaya ömür-gün yoldaşı olan, Sərfinaz nənə 7 övlad dünyaya gətirib

60 ildir Kamal babaya ömür-gün yoldaşı olan, 7 övlad dünyaya gətirən Sərfinaz nənə isə deyir ki, keçmişdə ailə bağları daha mökəm olub: "Ailə üzvlərimizin sayının çox olmasına baxmayaraq, bizim zamanımızda ər-arvad arasında mübahisə baş verməzdi. Evdə həmişə kişinin söz keçərdi".

Yaşı səksəni haqlayan Sərfinaz nənədən necə evlənmək təklifi aldığını soruşanda yenə utanır: "O günlər keçdi, keçmişdə qaldı. Məni utandırma. Bir-birimizi istədik və evləndik. Yeddi övlad böyütmüşük, evləndirmişik, ev almışıq. O vaxt biz gəlin gələndə utandığımızdan qaynata ilə bir il danışmırdıq. İndi zəmanə dəyişib".

Kamal baba 17 il fermada baş çoban işləyib. İşi ilə əlaqədar il ərzində arandan yaylağa, yaylaqdan arana köç edib. Amma bir gün də olsun həyat yoldaşından ayrı qalmayıb. Deyir kişi evin dirəyidir, amma yuvanı dişi quş qurar. Ona görə hara getsə, Sərfinaz nənəni də, övladlarını da özü ilə birlikdə aparıb.

İndi ahıl cütlüyün 14 nəvəsi, 5 nəticəsi var. Övladlarından yalnız biri onlarla brlikdə yaşayır. Digərləri isə, mütləq bayramlarda və ya əlamətlar günlərdə yenə ata ocağına baş çəkirlər.

Uzunömürlü evliliklərinin əsas səbəbini bir-birilərinə qarşılıqlı hörmətdə görən cütlük deyir ki, bütün ailələrdə olduğu kimi, onların da evliliyi mübahisəsiz ötüşməyib. Amma müəyyən çərçivədə aradakı hörməti, pərdəni götürmədən.

Kamal baba "birimiz od olanda, birimiz su olmuşuq" desə də, Sərfinaz nənənin "qırımından" başa düşmək olur ki, su olan hər zaman o olub. Kamal baba da həyat yoldaşını bu xasiyyətinə görə çox sevdiyini deyir. İndi də bu ailədə hörmət, qayğı, sevgi həm ailə böyükləri, həm digər ailə üzvlərini bir-birinə bağlayan əsas amildir.

359
Teqlər:
Əhmədova, Sərfinaz nənə, Kamal baba, Çəmənli kəndi, oğlan, evlilik, Ağdam, qız, həyat
Əlaqədar
Azərbaycanlı cütlükdən həyat dərsi: ömür ömrə belə calanar
Bu qida əlavələri orta ömür müddətini 20 il artırıb
Beşikdən başlayan əzablı ömür
Erməni güllələrinin yarımçıq qoyduğu ömür
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

10
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

10

Cəbhəboyu ərazilərdə raket, top mərmiləri dronlar zərərsizləşdirildi

5
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 34 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a bildirilib ki, daxil olmuş 35 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Hüsülü, Muğanlı, Rəncbərlər, Təzəkənd kəndləri, Ağdam rayonunun Alıbəyli kəndi, Quzanlı və Səfərli qəsəbəsi, Bərdə rayonunun Qazaxlar və Təhlə kəndləri, Beyləqan rayonunun Dünyamalılar kəndi, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Təklə kəndi, Naftalan rayonunun Qaşaltı, Tərtər rayonunun Azadqaraqoyunlu, Düyərli, Köçərli, Qazyan, Xoruzlu kəndləri, Şıxarx qəsəbəsi, M.Ə.Sabir və Nizami küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd raket, 8 ədəd top mərmisi və 2 ədəd dron zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 14 496 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

5
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə