CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yaşayış minimumu artırılır

© Sputnik / Murad OrujovМужчина прячет деньги в ящик комода, фото из архива
Мужчина прячет деньги  в ящик комода, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci ildə Azərbaycanda yaşayış minimumu 173 manat proqnozlaşdırlıb

BAKI, 23 noyabr — Sputnik. 2018-ci ildə Azərbaycanda yaşayış minimumu 173 manat proqnozlaşdırlıb. Bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 11 faiz çoxdur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentdə büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində proqnozlaşdırılır.

Xatırladaq ki, bu il yaşayış minimumu 155 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat və uşaqlar üçün 136,6 manatdır.

Xəbər lenti
0