CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cinayət Məcəlləsi köklü surətdə dəyişdirilib

© Sputnik / Anar MustafayevCinayət Məcəlləsi
Cinayət Məcəlləsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bura humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumetmə cəzalarının azaldılması daxildir

BAKI, 22 noyabr — Sputnik. Cari ildə məhkəmələr tərəfindən baxılmış işlərdən 97%-i müsbət həll edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu Ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı günü münasibəti ilə "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib. O, bildirib ki, cəza icra siyasətində mühüm institutlardan olan məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması ilə bağlı nazirlikdə yaradılmış xüsusi komissiya tərəfindən 8.700-dən çox məhkum vaxtından əvvəl şərti azad olunub və daha yüngül rejimli müəssisəyə keçirilib.

Nazir qeyd edib ki, ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib. Bura humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumetmə cəzalarının azaldılması daxildir.

Həmçinin müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunan, cinayət tərkiblərinin Məcəllədən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılıb.

Xəbər lenti
0