CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir: "Qanunsuz ayrılan minlərlə torpaq sahəsi geri qaytarılıb"

© Photo : SupremecourtМинистр юстиции Фикрет Мамедов
Министр юстиции Фикрет Мамедов - Sputnik Azərbaycan
Abunə olmaq
Fikrət Məmmədov: "İcradan yayınan 4.000 nəfər inzibati məsuliyyətə cəlb olunub"

BAKI, 22 noyabr — Sputnik. Ötən bir ildə icra işlərinin sayı 30% artaraq 800 mini ötüb, görülən tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin əksər hissəsinin qanunvericiliklə müəyyən olunan qaydada icrası təmin edilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ədliyyə Nazirliyində mühüm dəyişiklik

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı günü münasibəti ilə "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib. O bildirib ki, bu il ərzində mülki və iqtisadi münasibətlərin sürətlə inkişafı, məhkəmələrdə baxılan işlərin son illər dəfələrlə çoxalması icra xidmətində də iş həcminin artmasına səbəb olub.

"Bununla əlaqədar məhkəmə qərarlarının düzgün və vaxtında icrasını təmin etmək, icra mexanizmlərini təkmilləşdirmək məqsədilə təsirli tədbirlər görülür. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4.000 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2.700 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs edilib, 337 nəfər barəsində cinayət işi başlanıb" — nazir yazıb.

Məqalədə bildirilir ki, Nazirliyin istintaq idarəsində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması ilə bağlı 586 cinayət işinin istintaqı tamamlanıb, bir çox məhkəmə qərarlarının icrasına istintaq zamanı həll edilib.

"Ölkədə bütün növ (qeyri-tibb) məhkəmə ekspertizalarını həyata keçirən və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə töhfələr verən məhkəmə ekspertizası mərkəzinə daxil olan işlərin sayı 35 minə çatıb, ekspertlər 790.000-ə yaxın suala cavab verməklə qaldırılan məsələlərin 99,4 faizi həll edilib" — deyə nazir bildirib.

F. Məmmədovun qeyd etdiyinə görə, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək 67 mindən çox bələdiyyə aktı yoxlanılıb, qanunsuz qərarların ləğvinə nail olunub, aşkar edilən cinayət xarakterli pozuntularla bağlı 23 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılan minlərlə torpaq sahəsi geri qaytarılıb.

Xəbər lenti
0