ASAN Xidmət Mərkəzi

"ASAN"-dan daha bir yenilik

81
(Yenilənib 13:55 21.11.2017)
Artıq "ASAN Radio"nu Gəncə şəhəri ilə yanaşı, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy və digər iri şəhər və rayonlarda da dinləmək mümkündür

BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan "ASAN Radio" yaradılmasının iki illiyi ərəfəsində Gəncə şəhəri və ətraf bölgələrdə 96.5 Mhz tezliyində yayıma başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

"ASAN Xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, indi "ASAN Radio"nu Gəncə şəhəri ilə yanaşı, Yevlax, Mingəçevir, Ucar, Naftalan, Goranboy və digər iri şəhər və rayonlarda da dinləmək mümkündür.

Qeyd edək ki, "ASAN Radio"nu Bakı və Abşeron yarımadası, Sumqayıtda 100.0 Mhz tezliyində, Cənub və Aran bölgəsində Lerik, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, Salyan, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı, Sabirabad, İmişli rayonlarında isə 92.7 Mhz tezliyində dinləyə bilərsiniz.

Hazırda "ASAN Radio"nun yayım dairəsi Azərbaycan Respublikası bölgələrinin 65-70%-ni əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "ASAN Radio" dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

81
Teqlər:
bölgə, Azərbaycan Respublikası, Gəncə, "ASAN Radio"
Əlaqədar
Səyyar "ASAN xidmət" yola çıxır
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri - iş günü olacaq
"ASAN Xidmət"ə yeni səlahiyyət verildi
Səyyar ASAN yenə bölgələrdədir
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

34
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

34
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Su-34 təyyarəsi, arxiv şəkli

Rusiyada qırıcı qəzaya uğradı

0
"Su-24" təyyarəsi planlı təlim-məşq uçuşu həyata keçirərkən Xabarovsk diyarında qəzaya uğrayıb. Pilotlar katapult ediblər.

BAKI, 21 oktyabr — Sputnik. Rusiyaya məxsus "Su-34" qırıcısı Xabarovsk diyarında qəzaya uğrayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

"Su-24" təyyarəsi planlı təlim-məşq uçuşu həyata keçirərkən Xabarovsk diyarında qəzaya uğrayıb. Pilotlar katapult ediblər. Onların sağlamlığı üçün təhlükə yoxdur. Ekipaj üzvləri evakuasiya edilib", -deyə Şərq Hərbi Dairəsinin yaydığı məlumatda bildirilir.

Faktla bağlı araşdırmalar başlayıb.

0