CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələdən zərər çəkənlərə belə yardım edilib

© Sputnik / Ramil IbrahimovZəlzələ
Zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Müxtəlif ailələr zərər görsə də, cəmi bir nəfərə yardım edilib

BAKI, 18 noyabr — Sputnik. Noyabrın 15-də baş verən zəlzələ bölgələrdə fəsadlara səbəb olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Ağdamın Üçoğlan kəndində zəlzələ evlərə zərər vurub.

Kənddə 200 evdən 60-ya yaxınında çatlar, dağıntılar yaranıb. İki ev isə tamamilə yarasız hala düşüb.

Kənd sakinlərinin verdikləri məlumata görə, rayon icra hakimiyyətinin nümayəndələri kənddə olub, bəzi ev sahibləri ilə görüşüblər. Müxtəlif ailələr zərər görsə də, cəmi bir nəfərə yardım edilib.

"Ona da 100 ədəd daş və sement veriblər. Başqa heç bir yardım almamışıq" – deyə kənd sakinləri bildiriblər.

Xəbər lenti
0