Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, arxiv şəkli

Daha bir gəmimiz xarici sularda istismara buraxılıb

34
(Yenilənib 22:27 17.11.2017)
Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 12-yə çatıb

BAKI, 18 noyabr — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin xarici sularda daha bir gəmisi istismara verib.

Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gündən "Qafur Məmmədov" quru yük gəmisi Xəzərdən kənarda yükdaşımalara cəlb olunub. Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 12-yə çatıb. Onlardan 11-i quru yük gəmisi, biri isə tankerdir.

"Qafur Məmmədov" gəmisi bu gün səhər saatlarında yükləmə əməliyyatı üçün Rusiya Federasiyasının Taqanroq limanına yan alıb. Buradan isə yüklə Türkiyənin İzmir limanına səfərə çıxacaq. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək quru yük gəmisinin istismarına nəzarəti, eyni zamanda texniki xidməti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Türkiyədəki "Caspdry" şirkəti həyata keçirəcək.

Dedveyti 5500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu 4,79 metr olan "Qafur Məmmədov" gəmisi Gəmiçiliyin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.

34
Teqlər:
xarici sular, İzmir limanı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti, "Qafur Məmmədov" quru yük gəmisi, tanker
Əlaqədar
Türkiyə gəmisi müəmmalı şəkildə yoxa çıxıb
Rusiyanın gəmisi batdı
Döyüş gəmilərinin xoşməramlı səfəri
Bakıda kapitan gəmini partladacağını bəyan etdi
İkinci Dünya Müharibəsində batırılan ilk gəminin qalıqları tapıldı