Tələbələr

Beynəlxalq Tələbə Günü qeyd edilir

115
(Yenilənib 02:32 17.11.2017)
Beynəlxalq Tələbə Günü gənclik, romantika, şənlik günü kimi qəbul edilsə də, onun yaranma tarixi qanlı hadisələrlə bağlıdır

BAKI, 17 noyabr — Sputnik. 17 noyabr Beynəlxalq Tələbə Günüdür. Sputnik Azərbaycan xəbər verir ki, bu tarix 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində təsis edilib.

Beynəlxalq Tələbə Günü gənclik, romantika, şənlik günü kimi qəbul edilsə də, onun yaranma tarixi qanlı hadisələrlə bağlıdır. Faciəvi hadisələr 16 noyabr 1939-cu il faşistlərin işğalı altında olan Çexoslovakiyada baş verib. Respublika gününü qeyd etmək üçün küçələrə axışan tələbə və müəllimlər faşist qoşunlarının zorakılığına məruz qalıb. Bu zaman tibb fakültəsinin tələbəsi Yan Opletal güllələnib.

Opletalın dəfni isə etiraz aksiyasına çevrilib. Faşistlər hadisələrin qarşısının alınması məqsədi ilə tələbə yataqxanalarını mühasirəyə alıblar, 1200 tələbə həbs edilərək konslaqerlərə aparılıb. Tələbə hərəkatının 9 fəal üzvü məhkəmənin hökmü olmadan edam olunub. Adolf Hitlerin qərarı ilə Çexiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə qədər dayandırılıb.

115
Teqlər:
Beynəlxalq Tələbə Günü, faşistlər, Praqa, Adolf Hitler, Çexiya
Əlaqədar
"Bir günlük tələbə" olmaq istəyənlərin sayı artıb
İranlı tələbənin ölümü ilə bağlı şok təfərrüatlar
Sputnik XIX Ümumdünya gənclər və tələbə festivalına dəstək olacaq
Qərar dəyişməzsə, 10 min tələbə ziyan çəkəcək
İlin ən gənc tələbəsinin arzusu