Балет Петра Чайковского Лебединое озеро

Belarus ulduzları Bakıya gəlirlər

25
(Yenilənib 21:11 15.11.2017)
"Don Kixot" baleti noyabrın 25-də növbəti dəfə səhnəyə qoyulacaq

BAKI, 16 noyabr — Sputnik. Uzun illərdən bəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında olan L.Minkusun "Don Kixot" baleti noyabrın 25-də növbəti dəfə səhnəyə qoyulacaq. Teatrın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baletsevərlərin çox böyük maraqla qarşıladıqları bu tamaşada əsas rolları ifa etmək üçün belaruslu balet ustaları — Aleksandra Çijik (Kitri) və Konstantin Qeronik (Bazil) dəvət olunub.

Belarus Milli Akademik Opera və Balet Teatrının aparıcı solistləri olan hər iki gənc balet ulduzlarının bir sıra beynəlxalq müsabiqələrinin laureatlarıdır. Xüsusən Aleksandra Çijik bir çox ölkələrdə populyar olub, Almaniya, Fransa, İsveçrə, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, ABŞ, Çin, Yaponiya, Meksika, Qvatemala, Yunanıstan və Kiprdə uğurla çıxış edib.

Qeyd edək ki, tamaşada həmçinin balet truppamızın solistlərindən əməkdar artistlər Makar Ferştandt və Samir Səmədov, habelə Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və başqaları çıxış edəcəklər.

Xatırladaq ki, balet tamaşasının dirijoru Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.

25
Teqlər:
Samir Səmədov, Makar Ferştandt, belaruslu balet ustaları, "Don Kixot", Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, dirijor, balet
Əlaqədar
Ukraynalı balet ulduzları Azərbaycan səhnəsində
Azərbaycanlı baletmeyster "Tı super! Tansı" iştirakçısını dəstəklədi
Opera və Balet Teatrından bəyanat
Opera və Balet Teatrında “Payatsı”ya baxa biləcəksiniz
"Şərq dünyasında ilk baleti Əfrasiyab Bədəlbəyli yazıb"
Nyu-Yorkda Google şirkətinin ofisi, arxiv şəkli

Kaliforniya Google əleyhinə araşdırmalara başlayıb

1
(Yenilənib 23:19 10.07.2020)
Araşdırmanın mahiyyəti açıqlanmasa da, bildirilir ki, o, 48 Amerika ştatının, Puerto-Riko və Kolumbiya dairəsinin baş prokurorluqlarının apardığı reklam bazarının və internet axtarış sistemlərinin inhisarlaşdırılması işi ilə bağlı deyil.

BAKI, 11 iyul — Sputnik. Kaliforniya hakimiyyəti antiinhisar qanunvericiliyi çərçivəsində Google şirkətinə qarşı araşdırmalara başlayıb. Bu barədə Politico nəşri Dövlət Baş Prokurorluğundakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, araşdırma 48 Amerika ştatının, Puerto-Riko və Kolumbiya dairəsinin baş prokurorluqlarının apardığı reklam bazarının və internet axtarış sistemlərinin inhisarlaşdırılması işi ilə bağlı deyil. Beləliklə, şirkətin fəaliyyətini araşdırmayan yeganə ştat Alabamadır.

Hələlik dövlət hakimiyyətinin diqqətini Google-un fəaliyyətinin hansı aspektinin cəlb etdiyi məlum deyil. Kaliforniya Baş prokurorunun nümayəndəsi Ksavye Beserra şərh verməkdən imtina edib. Öz növbəsində, qurumun mətbuat katibi Sara Lovenhaym bildirib ki, prokurorluq istintaqın başlanmasını təsdiq və ya inkar etməyəcək.

Böyük həcmli antiinhisar araşdırmalarla tanınan Kaliforniyanın böyük şirkətlərin fəaliyyətini tənzimləyən öz qanunları var. Xüsusilə, Kartrayt Qanunu və ABŞ-ın Federal Antiinhisar Qanununa nisbətən daha geniş şəkildə şərh edilə bilən Vicdansız rəqabət Qanunu.

Bundan əlavə, önümüzdəki aylarda ABŞ Ədliyyə Nazirliyinin Google şirkətini məhkəməyə verməsi və rəqəmsal texnologiya bazarının inhisara məruz qalması barədə ittiham irəli sürülməsi gözlənilir.

2010-cu illərin əvvəllərində rəqəmsal nəhənglə bağlı araşdırma aparılıb. Sonra ABŞ Federal Ticarət Komissiyası şirkəti Google axtarış mühərriki vasitəsilə öz mallarının satışını təşviq etməkdə günahlandırıb, lakin sonra ittihamlar rədd edilib və cinayət işi bağlanıb.

Daha əvvəl Telegram messencerinin qurucusu Pavel Durov Apple və Google şirkətlərini üçüncü tərəfin inkişafına təzyiq göstərməkdə və bazarı inhisarda saxlamaqda günahlandırıb.

1
Banu Şucai, arxiv şəkli

Azərbaycanın ən gözəl qızı oğlanı onlayn seçdilər

103
(Yenilənib 23:44 10.07.2020)
Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar

BAKI, 10 iyul — Sputnik, Kəmalə Əliyeva. Modellər Banu Şücai və Elçin Dadaşov Miss&Mister Azerbaijan-2020 milli gözəllik müsabiqəsinin qalibi olublar.

Bu barədə Sputnik Azərbaycan-a layihənin mətbuat xidmətindən məlumat verilib.

Koronavirus pandemiyası səbəbindən müsabiqə ilk dəfə onlayn keçirilib. Münsiflər heyətinə layihənin yaradıcısı və təşkilatçısı Anelya Orduxanova, baş koordinator, quruluşçu xoreoqraf Ayla Mais, koordinator və xoreoqraf Hidayət Xəlilov (Mister Super Model 2018) və müsabiqənin piar-meneceri, psixoloq Səxavət Qabiloğlu daxildirlər. 

© Photo : Courtesy organizers of the contest Miss & Mister Azerbaijan-2020
Banu Şücai və Elçin Dadaşov

Models Production model şirkətinin nümayəndəsi də finala qatılaraq iştirakçıların çıxışını onlayn izləyib.

Karantin rejimi tətbiq olunandan əvvəl altı ay müddətində iştirakçılar model xoreoqrafiyası, model işinin nəzəriyyəsi, psixologiya və xarici dil dərslərinə qatılıblar. Finalçılar Bakıdan və Azərbaycanın digər regionlarından şəbəkəyə qoşularaq məharətlərini münsiflərə nümayiş etdiriblər.

Səsvermə nəticəsində Banu Şücai və Elçin Dadaşov birinci olublar.

Banu Şücai Miss Globe International və  Miss smile titullarının sahibi, “Səs Azərbaycan” milli musiqi layihəsinin iştirakçısı olub. Dünyada bir çox beynəlxalq moda həftələrində model kimi iştirak edib. Elçin Dadaşov da moda və gözəllik sənayesi ilə bağlı müxtəlif layihələrə qatılıb.

 

103